Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində

Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində

Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Bernd Aleksander Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan – Avstriya ədəbiyyatlararası əlaqələrindən, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş R.M.Rilke, Robert Muzil, Ştefan Svayq, Frans Kafka, Yozef Rot, Elias Kanetti, Yura Zoyfer, İlze Ayxinqer, Tomas Bernhard, Peter Handke kimi tanınmış Avstriya ədiblərinin əsərlərindən, Azərbaycan ədəbiyyatının almandilli ölkələrdə tanıdılması və təbliği istiqamətində alman dilinə tərcümə edilərək, Frankfurtda işıq üzü görmüş “Sirr – Azərbaycan hekayələri” kitabından söz açılıb.

Bernd Aleksander Bayerl: Sizin Mərkəz bu sahədə, həqiqətən, böyük işlər görür. Alman dilinə tərcümə və nəşr edilmiş bu kitabın Avstriyada da yayımına böyük ehtiyac var. Bu gün Avstriyada Sizin ölkənizə, ədəbiyyatınıza böyük maraq, ayrı sözlə desək, bir informasiya qıtlığı var. Bu mənada, kitaba maraq böyük olacaq. Kitabın Vyanada geniş təqdimatının keçirilməsi, ölkə kitabxanalarına, universitetlərinə yerləşdirilməsi ilə bağlı təklifləriniz təqdirəlayiqdir və səfirlik olaraq, bu sahədə Mərkəzə mümkün köməklik göstərməyə hazırıq”.  

Görüşün sonunda səfirə Almaniyada işıq üzü görmüş SirrAzərbaycan hekayələri kitabı hədiyyə edilib.

Qalereya

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...