“Xocalı şahidləri danışır” – rus və ingilis dilində

“Xocalı şahidləri danışır” – rus və ingilis dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümünə ingilis  dilində “Through Their Eyes: Witnesses to Khojaly Massacre” (“Xocalı şahidləri danışır”) və rus dilində (“Ходжалы глазами очевидцев”) kitablarını nəşr edib.

Xocalıda törədilən vəhşilikləri, erməni vandalizmini hadisə şahidlərinin söylədiyi sənədli faktlar və sübutlarla açıqlayan kitabın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə müvafiq beynəlxalq təşkilatlara göndərilməsi, kitab sərgilərində və digər əlaqədar tədbirlərdə sərgilənməsi nəzərdə tutulur.

Kitabların ideya müəllifi – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tərtibçisi İxtiyar Hüseynlidir. İngilis və rus dilinə tərcüməçiləri – Cavidan Ağayev və Nadiyə Qafarovadır.

 

VƏ DİGƏR...

  • Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında

    İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi... 

  • İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

    Almaniyanın populyar LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş Duz hekayəsinin yayınına başlayıb.

  • Mövlud Mövludun hekayəsi Türkiyə portallarında Mövlud Mövludun hekayəsi Türkiyə portallarında

    Türkiyənin populyar “Detayhaberler.com”“Dibace.net”“Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...