“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı ingilis dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzi erməni xislətinin tarixi gizlinlərini üzə çıxaran “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabını (müəllif – akademik Ramiz Mehdiyev) ingilis dilində nəşr edib. Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı siyasi-ideoloji fəaliyyətinin araşdırılması istiqamətində ilk elmi tədqiqat işi olan əsər dövrün mənzərəsini, siyasi-ictimai proseslərin alt qatında baş verənləri ardıcıl şəkildə, tarixi dəlillər və faktlarla əks etdirir, XVII–XVIII əsrlərdə Vatikan tərəfindən Səfəvilər dövlətinə qarşı yönəldilmiş ideoloji casusluq fəaliyyəti, Qriqorian kilsəsinin bu çirkin oyunlarda katolik missiyalarla əlaqəsi, eləcə də Səfəvi şahlarının törədilən təxribatlara qarşı mübarizəsi maraqlı təhlillərlə işıqlandırılır.
Kitab – tarixçilər, politoloq və şərqşünaslar, eləcə də Səfəvilər dövlətinin, Qriqorian kilsəsinin tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...