Gürcüstanın səfiri Tərcümə Mərkəzində

Gürcüstanın səfiri Tərcümə Mərkəzində

Gürcüstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Zurab Pataradze və mədəniyyət attaşesi cənab  Georgi Buaçidze Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Görüş zamanı Azərbaycan–Gürcüstan ədəbi əlaqələri istiqamətində ərsəyə gətiril­miş nəşr layihələrindən – Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək, Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açılıb. Gürcüstan ədəbiyyatının Azərbaycan oxucusuna yaxından tanıdan “Gürcü hekayələri” kitabının ölkə kitabxanalarına və universitetlərə yerləşdirildiyi, tanınmış gürcü şairi, Çavçavadze mükafatı laureatı Bağater Arabulinin kitabının Azərbaycan dilinə tərcümə edilərək, ötən il nəşr edildiyi bildirilib. Daha sonra Azərbaycan ədəbiyyatının Gürcüstanda tanıdılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan perspektiv layihələr müzakirə edilib.

Zurab Pataradze: “Mərkəzin Gürcüstan–Azərbaycan ədəbiyyatlararası mübadilələr istiqamətində ərsəyə gətirdiyi layihələr təqdirəlayiqdir. Tarix boyu dost və qardaş xalqlar kimi yanaşı yaşamış Gürcüstan və Azərbaycan mədəniyyət­ləri arasında mübadilələrin dərinləşdiril­məsi prioritet bir məsələ kimi ölkə başçılarımızın da nəzər-diqqətindədir. Yaxın günlərdə Azərbaycanda qonaq olan Gürcüstan prezidenti, xanım Salome Zurabişvilinin Azərbaycanın Birinci viste-prezidenti Mehriban xanım Əliyeva ilə görüşü zamanı bu məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, mədəni əlaqələrin dərinləşdirilməsi istiqamətində bir sıra qərarlar qəbul olunub. Biz də səfirlik olaraq, bu sahədə Mərkəzlə sıx əməkdaşlıq etmək niyyətində­yik. Xalqların, ölkələrin milli “mən”i haqqında təsəvvürü musiqidən, milli mətbəxdən çox, məhz onun ədəbiyyatı, düşüncə mədəniyyəti yaradır. Bu mənada gördüyünüz işlər çox əhəmiyyətlidir”.

Görüşün sonunda qonağa Azərbaycan dilində nəşr olunmuş “Gürcü hekayələri” kitabı hədiyyə edilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.