Onore de Balzak, “Seçilmiş əsərləri” - 2010-cu il

Onore de Balzak, “Seçilmiş əsərləri” - 2010-cu il

 

 

 

 

 

 

Tərcümə edənlər : Şamil Zaman, Mikayıl Rəfili

Qorio ata

Tərcümə: M.Rəfili

* Mədəniyyət çarxı da hərəkəti etibarilə, Cagernaut  bütü* arabasının çarxına bənzər; bu çarx gəlib başqa insanların qəlbi kimi o qədər də kövrək olmayan bir insan qəlbini tapdarkən, toxunar- toxunmaz onu qəhr edər və yenə də öz şərəfli yoluna davam edər  (?). (səh.16)

 * Burada bu iki əzəmətli binanın divarlarının sarıya çalan rəngi havanın rəngini dəyişir, hər şeydə öz günbəzlərinin tünd rəngini əks etdirərək, kədərli bir mənzərə yaradır (?). (səh.16)

 * Ekipaj gurultusu burada böyük bir hadisə olur,  evlər qəmli-qəmli baxır (?),  qalın divarlar dustaqxana təsiri bağışlayır. (səh.16)

 * Təsadüfən yolu buraya düşən bir parisli burada ailə pansionlarından və ya məktəbdən, can sıxıntısı, yaxud səfalətdən ölüb gedən, qocalıq və zəhmət çəkməyə məcbur olan şən gənclikdən başqa bir şey görməz (?). (səh.16)

* Nev-Sent-Jenevyev küçəsi bürünc bir çərçivə kimi bu hekayətin çərçivəsini təşkil etməyə hər şeydən artıq layiqdir (?), hekayət isə mümkün qədər ciddi fikirlər və tünd boyalar tələb edir ki, oxucu katakombaya* enən bir səyyahın hər pillə ilə günün işığı söndükcə və bələdçinin ahəngdar səsi get-gedə boğuq bir şəkildə səsləndikcə duyduğu qəribə bir hisslə qabaqcadan aşılansın (?). (səh.17)

* Gündüz bu qapıdan içəriyə  baxanda küçənin qarşı tərəfində, arxın axırında qəribə bir divar görünür ki, bu divarın üzərində yerli bir rəssam yaşıl mərmər üslubunda bir tağ, divarın taxçasında isə Amur heykəli çəkmişdir.  İndi qabığı soyulmağa başlayan, lak çəkilmiş bu Amura baxdıqda, rəmz həvəskarları, bəlkə də, bu heykəldə nəticələri qonşuluqdan müalicə edilən Paris məhəbbətinə bir işarə taparlar (?). (səh.17)

* Cökələrin kölgəsi altında yerə yaşıl rənglə rənglənmiş (?) dəyirmi stol basdırılmış, ətrafına skamyalar düzülmüşdür. Yayın qızmar günlərində günəşin, cücələri qırt toyuğun köməyi olmadan çıxara biləcək dərəcədə yandırdığı bir zamanda (?), kirayənişinlər burada əyləşib nəşə ilə qəhvə içirlər. (səh.18)

* Qoxuda iylənmiş bir şey, kif, çürüntü iyi duyulur (?). Bu qoxu insanın ətini ürpəşdirir, çürüntü iyi başa vurur, paltardan keçir, yenicə nahar edilmiş bir yemək otağı iyini verir, aşxana kimi, lakey damı kimi, arabaçı damı kimi iy verir (?). (səh.19)

  

Qulan dərisi

Tərcümə: Şamil Zaman 

* Qumarxanadan çıxdıqda, ağızlarda  gəzən öldürücü satirayla nəyə qadir olduğunuzu qumar oyunu sizə göstərəcəkdir (?). (səh.284)

* Şlyapasını verəndə əvəzində əlində üstündə (?) nömrə yazılmış karton parçası olan cavan oğlanın buna təəccüb etməsinin özü (yaxşı ki, onun şlyapasının kənarları çox yox, azacıq qatlanmışdı) onun bir qədər sadəlövh, təcrübəsiz olduğundan xəbər verirdi. (səh.284)

* Lənətə gəlmiş belə bir vaxtda, siz sakitliyilə adamı dəhşətə  gətirən gözləri, qorxudan sifətləri, kartları sanki, yerdən qaldırıb yeyən baxışlan görərsiniz (?). (səh.285)  

* Onların diplomatlara xas, sanki, gipsə salınmış donuq sifətləri iyrənc qəlblərindəki hər şeyi açıq-aydın göstərir, sanki, ürəklərinin döyüntüsünü belə onlara çoxdan unutdurmuşdu (?); (səh.286) 

* Hər halda, xəstəlikdən daha ölümcül olan ehtiras, zehni əməkdən daha amansız olan xəstəlik bu cavan oğlanın cizgilərini korlamış, əzələlərini süstləşdirib gücdən salmış, eyş-işrətin, zəhmətin və xəstəliyin yenicə toxunduğu ürəyini əldən salmışdı. (səh.288)

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.