Azərbaycan ədəbiyyatı Fransanın mərkəzi kitabxanalarında
Yaxın aylarda Fransada işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı antologiyası” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Fransa Milli və Universitet Kitabxanaları şəbəkəsi (BNU – Bibliotheque Nationale Universitaire), eləcə də adları aşağıda göstərilən digər aparıcı kitabxanalarına yerləşdirilib.
Qeyd edək ki, Fransanın “Kapaz” Nəşriyyat Evi tərəfindən nəşr edilmiş kitaba İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Mir Cəlal, İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Yusif Səmədoğlu, Anar, Şahmar, Elçin, Mövlud Süleymanlı, Sara Oğuz, Dilsuz, Məmməd Oruc, Rafiq Tağı, Kamal Abdulla, Saday Budaqlı, Afaq Məsud, Nəriman Əbdülrəhmanlı, Etimad Başkeçid, İlqar Rəsul, Şərif Ağayar kimi Azərbaycan yazıçılarının fransız dilinə çevrilmiş hekayələri daxil edilib.
“Azərbaycan ədəbiyyatı antologiyası” kitabının yerləşdirildiyi Fransa kitabxanalarının siyahısı:
1. Bibliothèque de Châtenois
(https://www.mediatheque-selestat.net/le-reseau/bibliotheque-de-chatenois/)
2. Bibliothèque Médiathèque de Mulhouse
(https://bibliotheques.mulhouse.fr/)
3. Bibliothèque Municipale de Colmar
(https://bibliotheque.colmar.fr/)
4. Bibliotheque Nationale Universitaire
5. Médiathèque "La Locomotive"
(http://www.mediatheque-wisches.fr/search.php?action=Accueil)
6. Médiathèque André Malraux
7. Médiathèque de Barr
(http://www.mediatheque-barr.fr/index)
8. Médiathèque de la Vallée de Kaysersberg
(https://www.mediatheque-ccvk.fr/mediatheque.htm)
9. Médiathèque de Molsheim
(http://mediatheque.molsheim.fr/portail/)
10. Médiathèque De Roeschwoog
(http://www.mediatheque-roeschwoog.eu/)
11. Médiathèque de Wissembourg
(https://www.mediatheque-wissembourg.fr/)
12. Médiathèque départementale du Haut-Rhin
(https://www.mediatheque68.fr/)
13. Médiathèque départementale du Sundgau
(https://mediathequedusundgau.fr/)
14. Médiathèque d'Obernai
(http://www.mediatheque-obernai.fr/)
15. Médiathèque Le Parnasse
(http://www.mediatheque-saint-louis.fr/exploitation/)
16. Mediatheque Munster
(http://mediatheque.munster.alsace/)
17. Médiathèque Ouest
18. Médiathèque Robertsau
19. Médiathèque Sud
20. Médiathèque Tomi Ungerer de Vendenheim
(https://vendenheim.fr/culture-loisirs/culture/mediatheque-tomi-ungerer/)
21. Public Library De Saverne
(https://www.facebook.com/bibliotheque.saverne/)
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...