Meksika səfiri Tərcümə Mərkəzində
Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan–Meksika ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr, Azərbaycan ədəbiyyatının Meksikada, eləcə də Latın Amerikası ölkələrində tanıdılması və yayımı məsələləri müzakirə edilib. Səfir “Azərbaycan ədəbiyyatı antologiyası”nın bu ölkələrdə nəşri ilə bağlı Meksikanın Xarici İşlər Nazirliyinə müraciət edildiyini, əlaqədar nəşriyyat və qurumların artıq işə cəlb olunduğunu diqqətə çatdırıb. Daha sonra cənab Labardini Flores Mərkəzə təşrifinin səbəbini açıqlayıb – tanınmış Meksika yazıçısı David Toskananın Azərbaycana gözlənilən səfəri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir: “Bilirsiniz ki, ədəbiyyatı sevirəm. Düşünürəm ki, ədəbiyyat və musiqi xalqların kimliyini, duyduğu hissləri daha yaxşı çatdırır. Rəsm əsərlərinə baxdıqda, orada yaşananların üst qatını duyuruq, yalnız müəyyən məqamları görürük, lakin ədəbiyyat daha dərin təəssüratlar yaradır. Bu yaxınlarda Dostoyevskinin “Karamazov qardaşları” romanını oxudum, çox möhtəşəm əsərdir. Bu əsəri orijinaldan oxumaq üçün rus dilini mükəmməl səviyyədə öyrənmək istəyirəm.
Azərbaycanı çox sevirəm, bizim səfirlik təkcə Bakı üçün yox, bütün Azərbaycan üçündür, regionlarda mütəmadi olaraq tədbirlər, sərgilər keçiririk, meksikalı dostlarım hər zaman Bakıdan çox xoş təəssüratlarla ayrılırlar”.
Qalereya
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...