Yeni mədəniyyət portalı fəaliyyətə başlayır
Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaxın günlərdə “Epiloq.az” adlı yeni elektron mədəniyyət portalının yayımına başlayacaq. “Epiloq.az” – yerli və dünya ədəbi-mədəni prosesində baş verən mühüm hadisələri, ölkənin dil, ədəbiyyat, tərcümə, tədris və digər sahələrində yaşanan mənzərələri, mövcud problemləri operativ şəkildə işıqlandıracaq. Portalın Facebook və YouTube səhifələri bu mövzularda videomüsahibələr, dəyirmi masalar, debat və dialoqlar təqdim edəcək.
Portalın baş redaktoru – tanınmış yazıçı-publisist Qan Turalıdır.
VƏ DİGƏR...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...
-
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin Təsnifatı” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Nəsimi adına Dilçilik İnstitutu; 2013-cü və 2021-ci il nəşrləri) kitabından çıxarılan orfoqrafik, qrammatik qüsurların, milli mentallığımıza kölgə salan əcaib mənalı söz...