Page 4 - "Xəzər"
P. 4
aq fikrim yoxdu."
Əlahəzrət Kral, hörmətli xanımlar və cənablar, başa düşürəm ki, sualıma bundan yaxşı cavab ala bilməzdim. İndi isə
sizdən, badələrinizi mənimlə birlikdə İsveç Akademiyasının şərəfinə qaldırmağı xahiş etmək qalır.

NAĞILLAR

KRALİÇA SİQRİD STARRODA
Bahar fəsli idi. Hələ də gecələr Yer üzünə duman çökür, gündüzlər günəş torpağı qızdırır, tarlaların üzərindən havaya
buxar qalxırdı. Novruz gülləri təzəcə solurdu, çəmənliklər isə artıq bənövşələrin rənginə boyanmışdı. Yamyaşıl, təzə-
tər otlar, külək vurduqca ipək kimi dalğalanır, dağlardan şırnaqlara süzülən su bərq vururdu.
Bax, elə həmin bahar İsveç kraliçası Siqrid Storroda qırmızı yelkənli nəhəng gəmisinə minib uzaq Kurnqahell
şəhərinə yola düşdü. Kraliça orada, Norveç kralı Triqvasın oğlu Olavla görüşüb ona ərə getməli idi. Yaxınlaşmaqda
olan toydan xəbər tutanların çoxu təəccüblənirdi. Təəccüblənmək üçün də, həqiqətən səbəb var idi.
Kraliça Siqrid Storroda çox gözəl və hədsiz dövlətli qadın olsa da, qədim bütlərə sitayiş edən qatı bütpərəst idi. Kral
Olav isə, bütün varlığıyla İsa Məsihə tapınan, əqidəsinə sadiq bir xristian kimi tanınırdı. Kral üçün, doğma yurdunda
yeni bir məbədin ucaldıldığını görməkdən, kilsə zənglərini səsini eşitməkdən böyük səadət yox idi.
"Kralı öz gözəlliyimlə tilsimləyəcək, gözlərini qızıllarımın parıltısıyla qamaşdıracağam. Nəvazişimlə və şirin dilimlə
onu, əcdadlarının qədim inancına qayıtmağa məcbur edəcəyəm." - gəminin göyərtəsində dayanmış kraliça Storroda
düşünürdü. Arxadan əsən külək isə gəminin al qırmızı yelkənlərini silkələyir, yaxınlaşmaqda olan fırtınadan xəbər
verirdi.
"Əgər kraliça, gözəl olduğu qədər xeyirxah və safqəlblidirsə, onun qəlbinə inanc toxumları səpib, fikirlərini Xilaskara
yönəldə bilərəm..." - Kral Olav Nord-Elf çayının narahat sularına baxa-baxa düşünürdü.
Kraliça Siqrid Storrodanın gəmisi Ost-Hotland adalarını sağ-salamat keçib açıq dənizə çıxdı.
Bütün bütpərəst əcinnələr - divlər, yerin altında yaşayan xəzinə keşikçiləri, cadugərlər və küpəgirən qarılar sahilyanı
qayalıqlara toplaşmışdılar. Onlar daş məbədlərdə öz tanrılarının şərəfinə tonqallar qalayır, kraliçanın yolunun uğurlu
olması üçün dualar oxuyurdular. Kilsə zənglərinin səsinə tab gətirə bilməyib Norveçi tərk etmiş divlər dağların sıldırım
zirvələrinə dırmaşır, kökündən qopardıqları yaşıl ağacları havada yelləyə-yelləyə, kraliça Storrodanı salamlayırdılar.
Sonra mağaralarına - yasa batmış arvadlarının yanına qayıdır, sevinə-sevinə:
- Bəsdi, ağlayıb sıtqadız! Kraliça Storroda kral Olavın yanına gedəcək və biz tezliklə Norveçə qayıdacağıq! -
deyirdilər.
Kraliça, yelkənli gəmisi ilə Kullaberq dağlarının yanından ötəndə, Dağlar Hökmdarı ovsun oxudu və üstü mamır
basmış sal qayalar aralandı. Qayaların üstündə, qaranlıq suların dibində işıq saçan ilanlar kimi bir-birlərinə dolanmış
qızıl və gümüş damarcıqlar nəzərə çarpırdı.
Kralıça Storroda Dağlar Hökmdarının sərvətinə nəzər saldıqca şadlandı.
Nidingerdəki qayaların arasından peyda olan sədəf quyruqlu dəniz pəriləri nəhəng balıqqulaqlarını üfürə-üfürə, ətrafa
al-əlvan su damcıları sıçratdılar.
Günortaya yaxın güclü külək qalxdı. Dənizin dibindən boylanan eybəcər divlər Kraliçanın gəmisinə, dalğalarla
çarpışmağa kömək elədilər. Bəziləri caynaqlı pəncələriylə gəminin gövdəsindən yapışıb itələdilər, bəziləri dəniz
otlarından hörülmüş ipləri bellərinə dolayıb gəmini irəli çəkdilər.
Nəhayət, Kraliça Siqridin gəmisi Nord-Elf çayına yaxınlaşanda suyun dərinliklərindən gözəl bir su pərisi peyda oldu,
ağappaq əlləriylə Kraliçaya gözqamaşdıran parıltılı inci dənəsi uzadıb:
- Bunu boynundan as, - dedi - qoy kral Olav gözəlliyindən məst olub, səni heç vaxt unuda bilməsin!
Gəmi bütün yelkənlərini açıb çay yuxarı üzməyə başladı. Kraliça Storroda qəfildən güclü uğultu səsi eşitdi və elə bildi
ki, gəmi, hardasa yaxınlıqda kükrəyən nəhəng şəlaləyə tərəf üzür.
Gurultu isə get-gedə artırdı.
   1   2   3   4   5   6   7   8   9