Page 10 - Afaq-Mesud-Qorxunc-elifba
P. 10

yeniləri  ilə  əvəz  edilməsi,  müəllimlərin  mütəmadi  şəkildə

                  ixtisasartırma  kurslarına  göndərilməsi,  məktəb  binalarının

                  tikintisi  və  abadlaşdırılması,  yeni  müasir  avadanlıqların
                  alınması və sair və ilaxır) son nəticədə havadan asılı qalması,

                  gözlənilən  nəticənin  əldə  oluna  bilməməsi,  bu  sahəyə  daha

                  təfərrüatlı  və  incə  yanaşma  tələb  edir  və  qabaqcıl  Avropa

                  ölkələrində  birbaşa  Avropa  Şurasının  təyin  etdiyi
                  konsepsiyalar əsasında aparılan dərslik siyasətinin, nəhayət,

                  bizdə də – ölkənin tanınmış alim və mütəxəssislərinin, dil və

                  ədəbiyyat xadimlərinin təmsil olunacağı aidiyyətli qurumların
                  nəzarətinə verilməsinin vacibliyini gündəmə gətirir.

                        Mənə isə sözümü, bir vaxtlar bu sayaq bərbad Ana dili və

                  Ədəbiyyat kitabları barədə yazdığım məqalələrimdən birinin

                  – “Vətən nədən başlayır? Əlifbanın ilk hərfindən” (19 dekabr
                  2009,  525-ci  qəzet)  başlıqlı  yazımın  sonluğu  ilə  bitirmək

                  qalır:

                        “…”Vətən haradan başlayır? Əlifbanın ilk hərfindən…”

                  misrası  Vətənin  məhz  Əlifbadan  başladığını,  artıq  çoxdan
                  anlamış əcnəbi bir şairin gəldiyi ölkə və millət əhəmiyyətli

                  qənaətidir.

                          Bəs bizlər üçün?.. Vətən haradan başlayır?..”



                                                                      (“525-ci” qəzet) 2013-cü il



























                                                                                                             10
   5   6   7   8   9   10