Page 5 - Afaq-Mesud-Qorxunc-elifba
P. 5

onun şərti: “Şəkildə təsvir olunanları fərqləndir” kimi sadə və

                  aydın dildə yazılsın?..


                            Yaxud 21-ci səhifədəki “Qızların adlarını tap” şərtli

                  “tapmaca-tapşırıqda” ayrı-ayrılıqda verilmiş dörd qız şəklinin

                  adlarını  açıqlayan  rəsmlərdən  birində  gül  və  nar  (yəni
                  “Gülnar”), digərində ay və tac (yəni “Aytac”), digərində isə

                  göz  və  əl  şəkli  çəkilib.  Müəllifin  təbirincə  “Gözəl”  adının

                  mənası “göz” və “əl”dir.


                        Lakin  “Gözəl”  adının,  yaxud  sözünün  mənası  göz  və

                  əldirmi?..  Yaxud  “a”  hərfinin  öyrənilməsi  səhifəsinə
                  yerləşdirilmiş bu “Gözəl” sözünün “a” hərfinə hansı aidiyyəti

                  var?..


                         Eynilə bu sayaq əcaibliklərə dərsliyin 24-cü səhifəsində

                  – “ə” hərfi keçilən şəkildə də rast gəlinir. 1, 2, 3 rəqəmləri ilə

                  fərqlənən qalibiyyət pyedestalının birinci pilləsində dayanan
                  balaca  idmançının  sinəsindən  medal  əvəzinə  asılmış  “Ən”

                  sözünün  də  hansı  məna  daşıyıcısı  olduğu  anlaşılmır.

                  Birincinin  də  “ən”i  olur?..  Yoxsa  dilimiz  “ə”  hərfi  işlənən
                  sözlərin qıtlığından əziyyət çəkir? Yoxsa bu əziyyəti dərslik

                  müəllifinin özü çəkir?..


                                 Dərsliyin  “o”  hərfi  keçilən  44-cü  səhifəsində  şərti

                  olmayan (?) tapşırıqda verilmiş insan üzlü çəhrayı yumurta

                  şəklinin və onun kənarlarına yığılmış müxtəlif rəngli hərflərin

                  hansı  məna  daşıdığını  anlamaqdan  ötrü  də  baş  sındırmaq
                  lazımdır.  İnsan  düşünür  ki,  əgər  bu  yumurta  şəkli  ətrafına

                  yığılmış  hərflər,  “o”  hərfinin  işlənəcəyi  sözləri  yaratmaq

                  məqsədi daşıyırsa, nə “yumurta” sözünün özündə, nə də onun
                  qaş-gözünə dair “qaş”, “göz”, “ağız”, “burun” sözlərində “o”

                  hərfi  yoxdur.  Yox,  əgər  bu  çəhrayı  yumurtanın  özü  “o”

                  hərfidirsə, o halda niyə bu “o”, uşaqlarda çaşqınlıq yaradan

                  ağız-burunlu, göz-qaşlı verilib?..

                                                                                                              5
   1   2   3   4   5   6   7   8   9   10