Page 4 - Afaq-Mesud-Qorxunc-elifba
P. 4

Lakin nəzərə alsaq ki, kitaba əlavə edilən həmin bu MMV

                  satışa  buraxılmır,  yalnız  orta  məktəb  müəllimlərinə  pulsuz

                  paylanır  və  bu  səbəbdən,  nəinki  valideynlərə,  çox  vaxt
                  müəllimlərin özlərinin də hamısına çatmır, burada məsələ bir

                  az da qəlizləşir.


                        Tapşırığın  digər  müəmması  –  “nitq  etiketlərinin

                  seçilməsi”  tələb  olunan  şəkillərdən  birinin  məzmunu  –

                  ağacdan  alma  dərən  uşaq  rəsmidir.  Uşaqların  bu  şəklə  dair
                  hansı “nitq etiketini” seçəcəyi məlum deyil.



                         Ardınca  gələn  15-ci  səhifədəki  tapşırığın  şərti  daha
                  müəmmalıdır. Məntiqi və quruluşu baxımından bu tapşırığın

                  həlli  yolunu  tapmaq,  nəinki  altı  yaşlı  uşaq,  böyüklərin  özü

                  üçün belə o qədər də asan başa gələn məsələ deyil. Belə ki,

                  həm rəngləri, həm növləri, həm ölçüləri və hətta pozaları ilə
                  bir-birindən  fərqli  olan  fil,  dəvəquşu,  pələng  və  kenquru

                  şəkilləri  yerləşdirilmiş  tapşırığın  şərti  belədir:  “Dördündən

                  biri fərqlidir”. (?)


                       1-ci sinif şagirdinin qarşısında bu cür dolaşıq tələblərin
                  qoyulmasını  ciddi  irad  sayan ekspertlərə isə dərslik

                  müəllifinin özü belə cavab verir:


                         “Bu  yaşda  uşaq  quşu  heyvandan  ayıra  bilir,  amma

                  kenqurunun  kisəli  heyvan  olduğunu  bilmir.  Əgər  sinifdə

                  beləsi  varsa  və  bu  tapşırıqda  başqa  qanunauyğunluq  tapa

                  bilirsə,  müəllim  yalnız  onu  alqışlamalıdır  (Əgər  kimsə  bu
                  izahatdan bir şey anlayırsa, alqış məhz ona düşür. – A.Məs.)

                  və bilməlidir ki, yanaşmadan asılı olaraq, bu cür tapşırıqların

                  bir neçə cavabı ola bilər.”


                        Hörmətli  dərslik  müəllifi,  əgər  bu  tapşırıq,  həqiqətən,

                  dediyiniz  kimi,  çoxcavablılığı  nəzərdə  tutursa,  olmazdımı





                                                                                                              4
   1   2   3   4   5   6   7   8   9