Page 2 - Afaq-Mesud-Qorxunc-elifba
P. 2

Azərbaycan dili dərsliyi – 1

                           (Altun kitab nəşriyyatı – 2012, müəlliflər R.İsmayılov,

                                  S.Abdullayeva, G.Orucova, D.Cəfərova)


                         İlk əvvəl dərsliyin adı barədə. Əsasən ayrı-ayrı hərflərin,

                  daha sonra sözlərin yazılışını və oxunuşunu öyrədən bu şəkilli
                  kitabın ənənəvi “Əlifba” adının dəyişdirilib “Azərbaycan dili”

                  ilə əvəzlənməsinin nə məqsəd daşıdığı aydın deyil. Öz təyinatı

                  üzrə xətlər, hərflər və illüstrasiyalar əsasında tərtiblənmiş belə

                  bir ibtidai sinif kitabını, elmi-akademik məna daşıyıcısı olan,
                  dilin  qrammatik  özəlliklərini,  düzgün  işlənmə  qaydalarını,

                  üslub və imkanlarını öyrədən dil kitabı kimi təqdim etməyin

                  səbəbi nədir? Əgər dərslik müəllifi bu formatlı kitabı məhz dil

                  kitabı hesab edirsə (hərçənd istənilən halda bu, belə deyil), o
                  halda  dərsliyin  adını,  uşaqlarda  kitaba  doğmalıq  yaradacaq

                  “Ana dili” ilə əvəz etmək olmazdımı?


                         Dərslik,  ilk  baxışda,  sanki  əvvəlki  dərsliklərdən  fərqli

                  tərtibdə – quruluş və məzmun etibarı ilə yenilənərək 2005-ci

                  ilin “Qorxunc Əlifba”sıyla müqayisədə bir xeyli təkmil təsir
                  bağışlasa  da,  kitabla  yaxından  tanışlıq  gözlənilən  nəticənin

                  yenə  də  əldə  olunmadığını,  dərsliyin  yenə  əvvəlki  qaydada

                  balaca  azərbaycanlının  həqiqi  Ana  dili  kitabına  çevrilə

                  bilmədiyinin acı mənzərəsini üzə çıxarır.


                         İlk əvvəl ondan başlayaq ki, kitabın ümumi maarifçilik
                  vəzifəsi  həmişəki  kimi  yetərli  deyil.  Bir  çox  şeir  və  oxu

                  mətnləri  məzmun  və  məna  baxımından  kasad,  dil  və  üslub

                  baxımından qüsurludur. Tapşırıqlarda rast gəlinən orfoqrafik,

                  morfoloji  xətalar,  şərtlərin,  “kurikulum  tələbi  üzrə”
                  mürəkkəbliyi, bəzi hallarda isə ümumiyyətlə, müəmmalılığı,







                                                                                                              2
   1   2   3   4   5   6   7