Page 7 - Afaq-Mesud-Qorxunc-elifba
P. 7

Talada olan (?) yaralı bir dovşan idi. (Cümlə azərbaycan

                  dilində  deyil.  –  A.  Məs.)  Ramil  yaralını  (sanki  söhbət

                  müharibədə güllə yarası almış əsgərdən gedir. – A.Məs.) əlinə
                  alıb  Bayram  babanın  yanına  yollandı  (Fikir  verin,  yenə

                  Bayram. Bu dəfə baba qismində. Müəllif ad sarıdan da əziyyət

                  çəkir  –  A.Məs.).  Baba  yaranı  (kimin  yarasını?–  A.Məs.)

                  yodladı, dərmanladı. İndi dovşan taladadır.”


                         (Mətnin sonluğu hədsiz “ibrətamizdir” – A.Məs.)


                        Dərsliyin 89-cu səhifədə “Mətni üzündən köçür” (bəlkə,

                  sadəcə, “Mətni köçür”? – A.Məs.) şərtli tapşırığa dair verilmiş
                  mətni də olduğu kimi nəzərinizə çatdırıram:






                                                   KÜLƏK NƏDİR


                       Rauf küləyin nə olduğunu bilmirdi. Nənəsi onu bağçaya
                  apardı. Külək uğuldayır, yarpaqlar tərpənirdi. Nənənin yaylığı

                  yellənirdi. Rauf küləyin nə olduğunu başa düşdü. (Təbiətin ən

                  möhtəşəm  hadisələrindən  biri  olan  küləyin  təyinatı

                  budurmu?.. – A.Məs.)


                         Dərslik bu sayaq məna və məzmun, üslub, dil və ifadə

                  baxımından qüsurlu mətn və tapşırıqlarla doludur. Mətnlərdə
                  bəzən  uşaqların  yaşlarına  uyğun  olmayan  loru  ifadələr

                  işlənməsi ikrah hissi doğurur.


                          ”Gəzinti” mətnindən: (səh. 33).


                         Tələt:


                         – Ata, mənə təyyarə al. Mətanətə at al.



                         Mətanət:


                         – Nə at? Mən at minənəm? (?)


                                                                                                              7
   2   3   4   5   6   7   8   9   10