Page 8 - Afaq-Mesud-Qorxunc-elifba
P. 8

Bu  və  digər  baxımdan  qüsurlu  olan  növbəti  mətni  –

                  dərsliyin 49-cu səhifəsində yer almış “Nurlan”  adlı  oxu

                  parçasını           da,        olduğu           kimi         nəzərinizə            çatdırı-
                  ram:



                                                                 NURLAN


                         “Nuru baba bostanı sulayırdı. Birdən o dayanıb (?) (baba
                  bostanı sulayarkən, məgər yol gedirdi? Bəlkə, “əl saxlayıb”?

                  – A. Məs.) Nurlanı səslədi. Nurlan barının yanında oynayırdı.

                  O, babasına sarı boylanmadı. (Bəlkə, “babasının səsinə hay

                  vermədi”? A.Məs.) Anası Nurlana:


                         – Utanmırsan, Nurlan? Baban səni səsləyir, sən isə ona əl

                  tutmursan.  (?)  (Adamı  səsləyənə  əl  tutarlar,  yoxsa  hay
                  verərlər? – A. Məs.)


                        Bir də axı niyə mətn uşaqların diqqətini, babasını eşitsə

                  də,  özünü  eşitməzliyə  vurmaq  kimi,  saf  uşaq  təbiətinə  xas

                  olmayan,  xoşagəlməz  insan  naqisliyinə  yönəldir?  Və  niyə
                  dərslik  başdan-başa  valideynlərinə,  qoca  nənə-babalarına

                  laqeyd, tənbəl, cığal, pəltək, pinti, zəif görmə qabiliyyətli uşaq

                  obrazlarıyla doludur?..


                        Nənəsinin: “Al, 10 manat. Mənə nanə ilə ət al” (balaca

                  nəvəsinə ət aldıran nənənin bu hərəkəti də qəribədir – A.Məs.)

                  deyən nənəsinə laqeyd olan Nəbi (səh.35), “r” hərfini deyə
                  bilmədiyindən adının “kələm” səslənəcəyindən ehtiyat edib,

                  adı  soruşularkən,  susan  Kərəm  (səh.94),  kostyumuna  ləkə

                  salan  Kərəm  (səh.51)  (yenə  Kərəm  –  A.Məs.),  nənəsinin
                  eynəyini  axtarmaq  istəməyən  Sənan  (səh.90),  gözləri  pis

                  gördüyündən həkimə gedən Orxan (səh.91.), çörəyin qədrini

                  bilməyən, tikələrini kolluğa atan Çingiz (səh.77), saat 11 olsa

                  da, balaca bacısı yatmış otaqda oyuncaqlarla oynayan Samir
                  (səh.  47),  yeməkdən  qalan  zibilləri  dənizə  tullayan  Zeynal



                                                                                                              8
   3   4   5   6   7   8   9   10