Page 6 - Afaq-Mesud-Qorxunc-elifba
P. 6

Dərsliyin daha faciəvi tərəfi burda yer almış mətnlərdir.

                  “Bayramlar  ayı”  adlanan  mətni  olduğu  kimi  nəzərinizə

                  çatdırıram. (səh. 43)





                                                BAYRAMLAR AYI


                       “May ayı bayramlar ayıdır. (Hansı bayramlar, bilinmir və

                  müəllif  yenə  MMV-yə  müraciət  etməyi  məsləhət  görür.  –
                  A.Məs.) Bayramların birində (hansında? – A. Məs.) ailə talada

                  idi (Bayram hara, tala hara? Bəlkə, sovetin 1 May bayramının

                  “mayovkası” nəzərdə tutulur? – A.Məs.). Bayram atın yalını

                  darayırdı. (Fikir verin: “Bayramlar ayı” adlanan mətnin baş

                  qəhrəmanın  adı  da  Bayramdır.  –  A.Məs.)  Aydın  tayanın
                  yanında  yatırdı.  (Nə  şən  bayram  əhval-ruhiyyəsidir?  –

                  A.Məs.). (“Bayramlar ayı”nın finalının isə şərhə ehtiyacı

                  yoxdur. – A.Məs.) Ayan ilə Maya da talada idilər”.


                       Mətnin  məna  və  məzmun  məziyyətləri  barədə  də,  elə
                  bilirəm, əlavə şərhə ehtiyac yoxdur.



                        45-ci səhifədə verilmiş “Yardım” mətni də diqqəti, məna
                  və  məzmun,  Azərbaycan  dilinin  norma  və  qaydalarının

                  “mükəmməlliyi” baxımından çəkir. Bu mətni də olduğu kimi

                  nəzərinizə çatdırıram:


                                                         YARDIM


                         “Yay idi. Ramil Boran adlı iti ilə dərədə oynayırdı. (Niyə

                  dağda,  çəmənlikdə,   meşəlikdə,  dəniz  sahilində  yox,  məhz

                  dərədə? – A. Məs.) Birdən Boran dayanıb otları iylədi, talaya
                  boylandı.


                          – Nədir? – Ramil dilləndi.







                                                                                                              6
   1   2   3   4   5   6   7   8   9   10