Page 9 - Afaq-Mesud-Qorxunc-elifba
P. 9

(səh.47),  barmağının  əyildiyini  bəhanə  gətirib  sinifdə  dərs

                  yazmaqdan boyun qaçıran Vüsal (səh.146) və sair və ilaxır.


                       Çalışqanlığı,             cəsurluğu,           fədakarlığı,          qorxmazlığı,

                  işgüzarlığı,  vətən  sevgisi,  ədəbi  və  savadı  ilə  seçilən

                  uşaqlarımız  hardadır?..  Niyə  bu  keyfiyyətlər  mətnlər  boyu
                  uşaqlara  ya  valideynləri,  ya  da  kimlər  tərəfindənsə  tövsiyə

                  edilir?..


                          Dərslikdə  yer  almış,  uşaq  psixikası  üçün  yolverilməz

                  zədə ola biləcək bir mətni də nəzərə çatdırmağı vacib bilirəm.




                                           “BALIĞIN SƏSİ” (səh.95)


                        “Bir  gün  Əhməd  düşündü.  Qurbağa  quruldayır,  qoyun

                  mələyir, xoruz banlayır. Bəs, görəsən, balıq necə səs çıxarır?

                         Bu zaman anası mətbəxdə balıq qızardırdı. Əhməd birdən
                  qışqırdı:

                         – Bildim, balıq tavada cızıldayır.” (?)

                         Dərslik müəllifi balığın səs çıxara bilməməsini, sanki ələ
                  salır.

                        Dərsliyin digər qüsuru – burada tanınmış simaların ədəbi

                  nümunələri  ilə  yanaşı,  müəllifi  imzası  tanınmayan,  ədəbi-

                  bədii  baxımdan  uğursuz,  bəsit  mətnlərin  yer  almasıdır.

                  Ekspertlərin bununla bağlı iradına dərslik müəllifinin verdiyi:
                  “Bu  şeirlərin  müəllifi  dərslik  tərtibçilərinin  özüdür”  cavabı

                  isə, kitaba olan  laqeyd münasibətdən xəbər verir.  Məgər

                  dərslik həvəskarların yaradıcılıq emalatxanasıdır?..


                                                              ***

                        Göründüyü kimi, təhsil üzrə illər uzunu ərsəyə gətirilən

                  işlərin  –  dərslik  tərtibi  sahəsinə  ayrılan  gen-bol  dövlət
                  vəsaitinin, müxtəlif formatlı islahatların (bərbad dərsliklərin



                                                                                                              9
   4   5   6   7   8   9   10