Page 3 - Afaq-Mesud-Qorxunc-elifba
P. 3

şəkil  və  illüstrasiyaların  tapşırıq  şərtlərinə  uyğunsuzluğu,

                  yaxud sadəcə anlaşılmazlığı yenə təəssüf doğurur.


                         Digər, daha acı təəssüfü isə, TQDK ekspertləri tərəfindən

                  kitaba  dair  tapılan  qüsur  və  xətaları  xırda  və  əhəmiyyətsiz

                  hesab edən, yaxud onları əsassız, qəribə mülahizələri ilə heçə
                  endirməyə çalışan dərslik müəllifinin mövqeyi doğurur. Lakin

                  söhbət – təhsilə, maarifə, yazıya və oxuya sevginin, marağın

                  bünövrəsini  qoyacaq  müqəddəs  Kitabdan  –  insanın  həyatı
                  boyu  rastlaşacağı  bütün  kitabların  təməli  olan  “Əlifba”dan

                  gedir və məncə, burada hər hansı mübahisənin, özünütəsdiq

                  yarışının yeri yoxdur.


                         Dərslik  əvvəlki  acı  durumunda  qalmaqdadır.  Ümumi

                  bağlayıcı qayənin yoxluğu, uşaq dünyasıyla ünsiyyət qurmaq,

                  onun qəlbinə yol tapmaq cəhdlərinin uğursuzluğu, həmçinin
                  məzmun və məna miskinliyi, dil və ifadə naqisliyi, tapşırıq və

                  mətnlərin  tədris  keyfiyyəti  baxımından  qüsurluluğu  əvvəlki

                  qaydasında – “orta ağır vəziyyətdə” qalmağındadır.


                         Qəzet səhifəsinin məhdudluğunu nəzərə alaraq, onlardan
                  yalnız bir qismini nəzərinizə çatdırmaq istəyirəm.



                         Kitabın, dərs günlərinin ilk həftəsinə təsadüf edən 13-cü
                  səhifəsində dialoq xarakterli müxtəlif şəkillərin yerləşdirildiyi

                  tapşırığın şərti belədir: “Şəkillərə uyğun nitq etiketləri seç”.

                  (Bəlkə, uşaqların, elə müəllimlərin də asanlıqla başa düşəcəyi

                  tərzdə “Şəkillərə uyğun ifadələr qur”? – A.Məs.)


                         Yalnız hərflərin yazılışını öyrənməli olan altı yaşlı uşaq
                  üçün  seçilmiş  bu  elmi-akademik  ifadənin  dərslikdə  hansı

                  məntiqlə yer aldığı haqlı təəccüb doğurur. Dərslik müəllifi isə

                  bu  şərtin  uşaqlar  üçün  yox,  müəllimlər  üçün  yazıldığını

                  bildirir  və  bununla  bağlı  dərsliyə  əlavə  olunan  MMV-yə
                  (Müəllimlər üçün Metodik Vəsaitə) baxmağı məsləhət görür.



                                                                                                              3
   1   2   3   4   5   6   7   8