Page 1 - Afaq-Mesud-Qorxunc-elifba
P. 1

A.MƏSUD



                                           Anasız dilimiz, yaxud

                                 “Qorxunc Əlifba”nın davamı...



                         Orta  məktəb  dərsliklərimiz  barədə  son  illərdə  yazılan,

                  deyilən tənqidi fikirləri, qüsur və iradları bir yerə toplasaq,

                  yəqin ki, irihəcmli, bəlkə də, çoxcildli kitab alınar. Az qala,
                  bütün  cəmiyyətin  –  dərslik  fəsadlarından  əziyyət  çəkən

                  valideyn və müəllim zümrəsi ilə yanaşı, sıravi vətəndaşların

                  da qoşulduğu bu ayarlayıcı və aşkarlayıcı prosesin son ucda

                  gözlənilən nəticəni verməməsi, neçə illərdən bəri göz ağrıdıb
                  ürək  dağlayan  dərslik  zülmətinin  heç  bir  vəchlə  işıqlı

                  müstəviyə  çıxa  bilməməsi,  vətəndaşlıq  heysiyyəti  olan  hər

                  kəsdə təbii narahatlıq və həyəcan hissi doğurmaya bilmir.

                         Bir  vaxtlar,  daha  dəqiq  desəm,  2005-ci  ildə  bütün
                  keyfiyyətləri  və  cəhətləri  ilə  ana  dilimizin,  milli-mənəvi

                  dəyərlərimizin  əleyhinə  işləyən,  şeir  və  oxu  mətnlərinin

                  absurdluğu, tapşırıq və məşğələlərin primitivliyi və naqisliyi
                  ilə  millilik,  maarifçilik  və  vətəndaşlıq  heysiyyətini  heçə

                  endirən  “Əlifba”  dərsliyi  haqqında  yazdığım  “Qorxunc

                  Əlifba”  məqaləsi  bu  bədnam  kitabın  təhsil  dövriyyəsindən

                  çıxarılmasına  təkan  vermişdisə  də,  son  dövrlər  mətbuat
                  səhifələrində, internet portallarında adıçəkilən dərsliklə bağlı

                  yaranmış  mübahisələr,  TQDK  ekspertlərinin  kitabın

                  yararsızlığına  dair  ortaya  qoyduğu  çoxsaylı  qüsurlarla

                  razılaşmayan  tərəflərin  cığal  mövqeyi  və  sair  mövzuya
                  yenidən qayıtmağın, ümumtəhsil sisteminin beşiyi sayılan bu

                  dərsliyə  bir  daha  nəzər  yetirməyin  vacibliyini  gündəmə

                  gətirdi.






                                                                                                              1
   1   2   3   4   5   6