Alber Kamünün “Seçilmiş əsərləri” kitabı nəşr olundu
150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından (Dövlət Tərcümə Mərkəzi) növbəti nəşr – dünyaşöhrətli Fransa yazıçısı, Nobel mükafatı laureatı Alber Kamünün Azərbaycan dilinə tərcümə olunmuş “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.
Yazıçının Nobel mühazirəsi ilə başlayan kitaba ədibin “Xoşbəxt ölüm”, “Yad”, “Taun”, “Çöküş” romanları, “Susqunluq”, “Sizif haqqında mif”, “Absurd və intihar” kimi məşhur hekayə və esseləri, eləcə də “Qeyd dəftərçəsindən” memuarı daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Əlisa Nicat, Hamlet Qoca, Cavanşir Yusifli, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev, Rəbiqə Nazimqızıdır.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Administrasiyasının İşlər İdarəsinin Kitab Evi
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Venesuela şairinin kitabı X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya portalında
İrlandiyanın məşhur “EU Reporter” mədəniyyət və xəbər portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...