“Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” xarici KİV-də
ABŞ-nin “Medium”, İrlandiyanın “EU Reporter”, İspaniyanın “Alquiblaweb”, Argentinanın “Poemas del Alma”, Salvadorun “Reflexiones Internacionales”, Rusiyanın “Litpriçal”, “YaPişu.net”, “Fabulae”, “İzba-çitalnya”, Türkiyənin “Haber232”, “Detay haber” Əlcəzairin “Alharir.info”, İordaniyanın “Cuheynanyus”, “Nəbd əl-bələd”, “əl-Ənbat”, Misirin “Asya əl-yaum”, “Umma”, Mərakeşin “Xəbər əl-yaum”, İraqın “Fikr Hurr”, Gürcüstanın “gaxa.ge”, “QafqazTürk” portalları və “Sakartvelos Respublika” qəzeti Dövlət Tərcümə Mərkəzinin ingilis, ispan, rus, türk, ərəb və gürcü dilində hazırladığı “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” adlı sənədli mətnin və videoçarxın yayınına başlayıb.
Videoçarx bəşər tarixinə qanlı vandallıq aktı kimi daxil olmuş məşum 19 yanvar gecəsindən – sovet qoşunlarının heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olaraq dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən bəhs edir.
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...