Məmməd Araz yaradıcılığı Litva ədəbiyyat portalında
Litvanın geniş izləyici auditoriyalı “rasyk.lt” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın ingilis dilinə tərcümə edilmiş “Müharibə olmasa” şeirinin yayınına başlayıb.
Şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi – Kanada şairi və tərcüməçisi Patrik Vudkokdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən “rasyk.lt” portalı mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Ceyn Ostin, Vladimir Nabokov kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Məmməd Araz
(1933–2004)
· şair, tərcüməçi;
· “Sevgi nəğməsi”, “Araz axır”, “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Oxucuya məktub”, “Yol ayrıcında söhbət” kimi kitabların müəllifidir;
· S.Mixalkov, M.Svetlov, N.Nekrasov və digər şairlərin şeirlərini Azərbaycan dilinə tərcümə edib;
· Azərbaycanın Xalq şairi, “İstiqlal” ordeni, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı kimi fəxri adlara layiq görülüb.
Müharibə olmasa
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, -
Müharibə olmasa!
Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, -
Müharibə olmasa!
General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, -
Müharibə olmasa!”
Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, -
Müharibə olmasa!
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi - söz,
Sözü - məhəbbət olar -
Müharibə olmasa!
VƏ DİGƏR...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...
-
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın...
-
Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş...