Nigar Həsənzadə beynəlxalq poeziya festivalında Azərbaycanı uğurla təmsil edib

Nigar Həsənzadə beynəlxalq poeziya festivalında Azərbaycanı uğurla təmsil edib

Bu ilin 1–15 iyul tarixlərində Kolumbiyanın Medellin şəhərində keçirilən “Dünya Poeziya Hərəkatının Beynəlxalq Konqresi”ndə, eləcə də 60 ölkədən 104 şairin qatıldığı ən məşhur dünya poeziya festivalı “Medellin Festivalı”nda Azərbaycanı tanınmış şair Nigar Həsənzadə təmsil edib. Şairin, festivalın 30 illik zəngin tarixi ərzində dünyanın müxtəlif ölkələrindən yüz minlərlə insanı möcüzəvi işığında, sözə və sənətə sevgi ruhunda birləşdirən beynəlxalq Medellin Festivalının səhnəsində ilk dəfə Azərbaycan dilində səsləndirdiyi şeirlərinin Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan şairi, “Qızıl Kəlmə” mükafatı laureatı Salam Sarvandır (N.Həsənzadə. “Seçilmiş şeirlər”. Dövlət Tərcümə Mərkəzi, 2022).

Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş səfər çərçivəsində Nigar Həsənzadə Dünya Poeziya Hərəkatı İdarə Heyətinin qərarı ilə                                                                                                                        beynəlxalq qurumun Azərbaycan üzrə nümayəndəsi seçilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında Mir Cəlal yaradıcılığı Almaniya ədəbiyyat jurnalında

    Almaniyanın populyar  “Signaturen.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın alman dilinə tərcümə edilmiş “Dissertasiya” hekayəsinin yayınına başlayıb...

  • Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.

     

     

  • Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir” Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”

    Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.