Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”

Viktoriya Romero: “Mərkəzlə Latın Amerikası səfirliklərinin birgə layihələri davam etdirilməlidir”

Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero sentyabrın 26-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Latın Amerikası ədəbiyyatının Azərbaycanda tanıdılması ilə bağlı Mərkəzin həyata keçirdiyi tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqə və mübadilələrin genişləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan sevgi və marağın, Mərkəzin 90-cı illərdən başlayaraq bu istiqamətdə davamlı şəkildə həyata keçirdiyi tərcümə və nəşr layihələrinin, Qabriel Qarsia Markes, Xuan Rulfo, Karlos Fuentes, Pablo Neruda, Mario Varqas Lyosa kimi dünya çaplı şair və yazıçıların ədəbi irsinin Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb.

Viktoriya Romero: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə sıx və səmərəli əməkdaşlıq çərçivəsində Mərkəzin Latın Amerikası ədəbiyyatı üzrə ərsəyə gətirdiyi nəşrlərin geniş təqdimatını təşkil etmək niyyətindəyik. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən Latın Amerikası ölkələrinin diplomatik nümayəndəliklərinin də iştirakı nəzərdə tutulur. Bu ədəbiyyat bayramına Latın Amerikası ölkələrini təmsil edən tanınmış şair və yazıçıların da qonaq qismində dəvət olunması ilə bağlı tərəfimizdən bütün zəruri tədbirlər görülməkdədir”.

 

Qalereya

VƏ DİGƏR...

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:

  • “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu “Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu

    Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.

     

     

  • Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı

    Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...