Məhəmməd Füzuli yaradıcılığı İngiltərənin ədəbiyyat portalında

Məhəmməd Füzuli yaradıcılığı İngiltərənin ədəbiyyat portalında

İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi Azərbay­can şairi Məhəmməd Füzuli­nin ingilis dilinə tərcümə edilmiş “Məni candan usandırdı” qəzəlinin yayınına başlayıb. Qəzəl görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun məşhur “Füzuli kantatası”nın Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifasında təqdim edilir.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Write Out Loud” ədəbiyyat portalı mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Aleksandr Puşkin, Fridrix Şiller, Emili Dikinson, Pablo Neruda kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.


 

 

 

 

https://www.writeoutloud.net/public/blogentry.php?blogentryid=131934

 

 

VƏ DİGƏR...

  • Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: