Elçinin “Beş dəqiqə və əbədiyyət” kitabı Rusiyada nəşr olundu
Azərbaycanın Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibəti ilə Rusiyada “Beş dəqiqə və əbədiyyət” adlı hekayələr toplusu işıq üzü görüb.
Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində ərsəyə gətirilmiş kitab Rusiyanın zəngin ənənəli Rudomino Kitab Mərkəzi nəşriyyatında nəşr olunub.
Görkəmli nasirin “Gül dedi bülbülə”, “Sarı pencək...”, “Qatar. Pikasso. Latur. 1968.”, “Beş qəpiklik motosikl”, “Qırmızı ayı balası”, “On ildən sonra ...”, “Gümüşü, narıncı, məxməri”, “Baladadaşın ilk məhəbbəti”, “Bu dünyadan qatarlar gedər”, “Beş dəqiqə və əbədiyyət” kimi məşhur hekayələri daxil edilmiş kitabın rus dilinə tərcümə müəllifləri – Rusiyanın tanınmış tərcüməçiləri İ.Zolotusski, Q.Mitin, A.Orlov, redaktoru –Y.Fridşteyndir.
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...