ACIN ACIMIZDIR, TÜRKİYƏ!

Acın acımız, canın canımızdır, Türkiyə... Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...
Nə baş verdiyini anlamayan yaralı körpələr... özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar... həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr...
Bütün bu mənzərələr, Ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha Sənin yenilməzliyini, Qəlbinin nəhəngliyini, gücünü Allaha, İnsana, həyata olan sonsuz Sevgidən alan Əbədi Qalib Ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi... şərəfli Türk Tarixinin yeni Səhifəsini yazdı...
Sarsılma, ruhdan düşmə, ey bu dünyanın Sarsılmazlıq və Yenilməzlik Abidəsi!
Var ol, Yaşa, Ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!
Afaq Məsud
Xalq yazıçısı
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Azərbaycan dili” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi müasir Azərbaycanın qurucusu, mənəvi atası, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndərin Azərbaycan dilinə və ədəbiyyatına sevgisini, diqqət və qayğısını, dilimizin saflığının qorunub saxlanılması və inkişaf
-
“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”, “igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News”
-
Sabir Rüstəmxanlının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının