Heydər Əliyev haqqında kitab İspaniya Milli Kitabxanasının rəsmi portalında

Heydər Əliyev haqqında kitab İspaniya Milli Kitabxanasının rəsmi portalında

Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Madriddə işıq üzü görmüş  “Görkəmli şəxsiyyətlərin həyatı — Heydər Əliyev” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının rəsmi portalına yerləşdirilib.

Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında işıq üzü görmüş kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış Salvador dilçi-alimi, professor Sesar Edqardo Martines Flores və ispan dili mütəxəssisi Nərmin Hüseynlidir.

Qeyd edək ki,  kitab İspaniyanın Milli Kitabxanası ilə yanaşı, ölkənin  24  mərkəzi kitabxanasına yerləşdirilib.  

 

 

Kitabxanaların siyahısı:

 

İspaniya Milli Kitabxanası

Valensiya Mədəniyyət Evinin Kitabxanası

Madrid Komplutense Universitetinin Kitabxanası

Barselona Universitetinin Kitabxanası

Alkala Universitetinin Kitabxanası

Kral Tarix Akademiyasının Kitabxanası

Mario Varqas Lyosa adına Dövlət Kitabxanası

Qabriel Qarsia Markes adına Dövlət Kitabxanası

San Blas Dövlət Kitabxanası

Aluçe Dövlət Kitabxanası

Migel Delibes adına Dövlət Kitabxanası

Pablo Neruda adına Dövlət Kitabxanası

Euxenio Trias adına Dövlət Kitabxanası

Kaniyexas Dövlət Kitabxanası

San Fermin Dövlət Kitabxanası

Damaso Alonso adına Dövlət Kitabxanası

Fransisko İbanez adına Dövlət Kitabxanası

Xerardo Diego adına Dövlət Kitabxanası

Qloriya Fuertes adına Dövlət Kitabxanası

Pio Baroxa adına Dövlət Kitabxanası

Ana Maria Matute adına Dövlət Kitabxanası

Benito Perez Galdos adına Dövlət Kitabxanası

David Gistau adına Dövlət Kitabxanası

İvan de Vargas adına Dövlət Kitabxanası

Xose İerro adına Dövlət Kitabxanası  

 

 

https://www.bne.es/es/colecciones/archivo-web-espanola/buscador?buscar=Heydar+Aliyev+&titulo=on&materia=&coleccion=&total=1&page=1&materia-id=&coleccion-id=&orden=titulo_asc

 

 

 

 

VƏ DİGƏR...