Tanınmış gürcü şairi Dövlət Tərcümə Mərkəzinin mükafatına layiq görüldü
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin, Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə təsis etdiyi Dövlət Tərcümə (Mərkəzi) Mükafatına bu il Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə tanınmış gürcü şairi, tərcüməçi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili layiq görülüb.
Makvala Qonaşvili
· Şair, tərcüməçi;
· 1958-ci ildə Gürcüstanda anadan olub;
· 1981-ci ildə Gürcüstan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib;
· “Buradan sənə qədər”, “Sözün düzü”, “Gümbəzdən Günəşin şəfəqi sızır”, “İbadətgahım, mənim and yerim”, “Günəşin göz yaşları” və “Lalələr tonqalı” kitablarının müəllifidir;
· əsərləri dünyanın bir çox dillərinə tərcümə və nəşr edilib;
· İlia Çavçavadze, Anna Kalandadze, Qalaqtion Tabidze və Şota Rustaveli mükafatları laureatıdır.
Dövlət Tərcümə (Mərkəzi) Mükafatı-na 2020-2022-ci illərdə layiq görülənlər
* Rusiya ədəbiyyatı klassiki Sergey Yeseninin “Qara adam” poemasının orijinaldan tərcüməsinə görə – Xalq şairi Ramiz Rövşən |
* Dünya şöhrətli ingilis yazıçısı Corc Oruellin “1984” və “Heyvanıstan” romanlarının orijinaldan tərcüməsinə görə – dilçi-alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev. |
* Dünya şöhrətli Avstriya yazıçısı Frans Kafkanın “Məhkəmə” romanının orijinaldan tərcüməsinə görə – filologiya elmləri namizədi Vilayət Hacıyev
|
* Məşhur fransız səyyahı Jan Batist Şardənin “Səyahətnamə” əsərinin orijinaldan tərcüməsinə görə – tanınmış şair-publisist Vaqif Aslan |
* Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə töhfə olaraq, ədibin “Xosrov və Şirin” poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə – tanınmış Azərbaycan yazıçısı və tərcüməçisi Etimad Başkeçid |
VƏ DİGƏR...
- AZƏRBAYCAN DÖVLƏT TƏRCÜMƏ MƏRKƏZİ-nin 2014-2024-cü İLLƏR ÜZRƏ FƏALİYYƏTİNİN HESABATI
-
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
Görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzuli sənətkarlığı” kitabı ərəb...
-
Yusif Vəzir Çəmənzəminli yaradıcılığı İsrailin ədəbiyyat jurnalında
İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı...