“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu

 

“Xəzər”in oxucuları jurnalın bu sayında

 

“NOBEL KÜRSÜSÜ” rubrikasında – Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi;

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Cəlil Məmmədquluzadənin felyetonları;

“KORİFEYLƏR” rubrikasında – Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi;

“BƏŞƏRİ POEZİYA” rubrikasında – Fransisko de Kevedonun seçmə şeirləri;

“ƏDƏBİ MÜZAKİRƏ” rubrikasında – “Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı;

“TÜRK XALQLARI ƏDƏBİYYATI” rubrikasında – Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti;

“İSVEÇ ƏDƏBİYYATI” rubrikasında – Tove Alsterdalın “Görüş” hekayəsi;

“LATIN AMERİKASI ƏDƏBİYYATI” rubrikasında – Kamilo Xose Selanın miniatürləri;

“DRAMATURGİYA” rubrikasında – Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi;

“ROMAN” rubrikasında – Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlərlə tanış ola biləcəklər.

 

“Xəzər”in oxucuları jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

 

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.

 

 

VƏ DİGƏR...