İsa Muğannanın “Ömür karvanı” kitabı Gürcüstanda nəşr olundu

İsa Muğannanın “Ömür karvanı” kitabı Gürcüstanda nəşr olundu

Görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın irihəcmli “Ömür karvanı” əsərlər toplusu Gürcüstanda işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri sırasında Gürcüstanda ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin zəngin ənənəli “Merani” nəşriyyatında nəşr edilib.

Yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilmiş kitabın gürcü dilinə tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət Mükafatı laureatı İmir Məmmədli, redaktoru – Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşvilidir.

 

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.