Səfir Karlos Enrike Valdes de la Konsepsyon: “Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni mərhələ başlayır”
Kuba Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Enrike Valdes de la Konsepsyon aprelin 3-də Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Kuba ədəbiyyatının Azərbaycanda tanıdılması üzrə nəzərdə tutulan tərcümə və nəşr layihələri müzakirə olunub, Kubanın müasir ədəbiyyatının, eləcə də əfsanəvi siyasi xadimlərinin həyat və fəaliyyətini əks etdirən kitabların Azərbaycan oxucusuna çatdırılmasının əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Nəzərdə tutulan tərcümə və nəşr layihələrindən ilkin olaraq 1969–1974-cü illərdə Bakıda təhsil almış tanınmış kubalı alim Rafael Tenreyro Perezin Azərbaycan və azərbaycanlılar haqqında təəssüratlarını əks etdirən “Kubalı tələbə Bakıda” kitabının Azərbaycan və ispan dillərində nəşri ilə bağlı istək və arzularını çatdıran səfir Azərbaycan–Kuba ədəbi əlaqələrində yeni və məhsuldar mərhələnin başlandığını qeyd edib.
Görüşün sonunda qonağa məşhur Kuba inqilabçısı Çe Gevaranın Mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Boliviya gündəliyi” kitabı hədiyyə edilib.
Qalereya
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Venesuela şairinin kitabı X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya portalında
İrlandiyanın məşhur “EU Reporter” mədəniyyət və xəbər portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...