aydinyol.az achiqkitab.az xezerjurnali.az

Tez-tez verilən suallar

Tez-tez verilən suallar

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri nədən ibarətdir?

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi hansı tərcümə müsabiqələrini həyata keçirir?

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədi ilə “DƏF(İ)NƏ YARPAĞI” müsabiqəsini həyata keçirir və bununla bağlı məlumat Mərkəzin rəsmi internet səhifəsində verilir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşrlərini haradan əldə edə bilərik?
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşrlərini aşağıdakı kitab mağazalarından əldə edə bilərsiniz:

“Libraf”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Azərkitab”

Prezident Aparatının Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü

“Pero” kitab mağazası

“Oxumalı” kitab evi

“Lider” kitab evi

Azərbaycan Dövlət Tərcümə Mərkəzi dil kursları təşkil edirmi?

Azərbaycan Dövlət Tərcümə Mərkəzi müxtəlif dillər üzrə kurslar təşkil edir.

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin keçirdiyi Seçim Turlarının məqsədi nədən ibarətdir?

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, yazılı, şifahi – ardıcıl tərcümə üzrə peşəkar mütəxəssislərin müəyyən edilməsi, eləcə də tərcüməçilərin peşə qabiliyyətinin yoxlanılması və sertifikatlaşdırılması məqsədilə Seçim Turlarını həyata keçirir.

Tərcüməçilərin sertifikatlaşdırılması məqsədilə həyata keçirilən Seçim Turlarına kimlər müraciət edə bilər?

Müxtəlif qurumlar, təşkilatlar, işəgötürənlər öz əməkdaşlarının tərcüməçilik qabiliyyətini müəyyən etmək üçün Azərbaycan Dövlət Tərcümə Mərkəzinə müraciət edə bilərlər. Eyni zamanda aktiv tərcümə fəaliyyəti ilə məşğul olan şəxslərin peşə qabiliyyətlərinin yoxlanılması da fərdi müraciət əsasında qəbul olunur.

Azərbaycan Dövlət Tərcümə Mərkəzində yaranan boş vakansiyalar barədə məlumatı necə əldə etmək olar?

Azərbaycan Dövlət Tərcümə Mərkəzi mövcud vakansiyalarla bağlı Mərkəzin sosial-şəbəkə səhifəsində və müxtəlif işədüzəltmə portallarında elanlar verir, eləcə də Dövlət Məşğulluq Agentliyinə bununla bağlı məlumat göndərir.

İş elanı üzrə müraciət edən namizədin seçimi necə aparılır?

İş elanına əsasən müraciət edən namizədin CV-si uyğun olduğu halda onunla əlaqə saxlanılır və biliklərinin əyani şəkildə yoxlanılması üçün müsahibəyə dəvət olunur. Vəzifədən asılı olaraq, müsahibə yazılı, şifahi və hər iki formada keçirilə bilər.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi müraciət əsasında tərcümə xidməti həyata keçirirmi?

Azərbaycan Dövlət Tərcümə Mərkəzi müraciət əsasında tərcümə xidmətini həyata keçirmək üçün Az.DTM Tərcümə Agentliyini təsis etmişdir. Mərkəzə müraciət edib Agentliyin əlaqə vasitələrini əldə edə bilərsiniz.

XƏBƏRLƏR
-->