“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

“Qanlı tarix – Xocalı soyqırımı” videoçarxı xarici KİV-də

Bir sıra aparıcı dünya xəbər portalları – Salvadorun “reflexionesinternacionalessv”, İrlandiyanın “EU Reporter”, Türkiyənin “detayhaberler.com”, “igdirim76.com”, Əlcəzairin “alharir.info”, İraqın “afkarhura.com”, İranın “AzTurk.News saytları Dövlət Tərcümə Mərkəzinin Xocalı faciəsi haqqında sənədli arxiv materialları əsasında müxtəlif dillərdə ərsəyə gətirdiyi “Qanlı tarix – Xocalı soyqırımı” sənədli videoçarxın yayınına başlayıb.

Tarixi faktlara və statistik məlumatlara istinadən hazırlanmış, foto və video materiallarla zəngin videoçarx Azərbaycanın yaxın keçmişində baş vermiş bəşəri faciəni – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycanın qədim şəhəri Xocalıda törətdiyi insanlığa sığmayan vəhşilikləri bütün reallıqları ilə sənədli şəkildə əks etdirir.


 

 

https://reflexionesinternacionalessv.blogspot.com
https://www.eureporter.co/world/azerbaijan-world/2023/02/25/
https://www.detayhaberler.com/kanli-tarih-hocali-soykirimi/165155/
https://www.igdirim76.com/hocali-soykirimi-kanli-tarihin-adi/
https://alharir.info/%d8%a7%d9%84%d8%aa%d8%a7%d8%
https://afkarhura.com/?p=28698
https://azenglishnews.com/%D9%81%D8%A7%D8%AC%D8%B9%D9%8

 

 

 

 

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.