Xurşidbanu Natəvan yaradıcılığı İrlandiya portalında
İrlandiyanın məşhur “EU Reporter” mədəniyyət və xəbər portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edən “Xurşidbanu Natəvan – Qarabağ xanlığının sonuncu şahzadəsi” məqaləsinin yayınına başlayıb.
Şairin həyat və yaradıcılığından bəhs edən məqalənin müəllifi – Mərkəzin Böyük Britaniya və İrlandiya ilə əlaqələr üzrə koordinatoru Nərmin Həsənova, sənətkarın mətndə təqdim olunan “Yanar canım, oğul, daim sənin nari-fəraqında”, “Ey dust, yararmı böylə iqrar?”, “Ey güli-süsən, səni bir Natəvan çəkmiş məgər?” şeirlərinin tərcümə müəllifi – tanınmış ingilis tərcüməçisi Dorian Rottenberqdir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Abay Kunanbayev, Robert Berns, Anni Erno, Con le Karre kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzində Venesuela şairi ilə görüş keçirilib
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Venesuela şairinin kitabı X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olundu
Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş...
-
Alber Kamünün “Seçilmiş əsərləri” kitabı nəşr olundu
150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından (Dövlət Tərcümə Mərkəzi) növbəti nəşr – dünyaşöhrətli Fransa yazıçısı, Nobel mükafatı laureatı...