“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olundu

 

“Xəzər”in oxucuları jurnalın bu sayında

 

“NOBEL KÜRSÜSÜ” rubrikasında – Mo Yanın “Nağılçı” mühazirəsi, Nobel nitqi və “Xalanın möcüzəvi bıçağı” hekayəsi;

“BƏŞƏRİ POEZİYA” rubrikasında – “Din kimi poeziya, peyğəmbər kimi şair” yazısı, Rayner Maria Rilke poeziyasından seçmələr və “Gənc şairə məktub” essesi;

“AZƏRBAYCAN ƏDƏBİYYATI” rubrikasında – Mikayıl Müşfiqin şeirləri;

“ESSE” rubrikasında – Uilyam Folknerin “Şervud Anderson haqqında” essesi;

“ANTİUTOPİYA” rubrikasında – Andrey Platonovun “Çevenqur” romanının davamı;

“İLİN YAZIÇISI” rubrikasında – Yun Fossenin “Sənə deyə bilmədim” hekayəsi və “Yazmaq mənim üçün həyat tərzidir” müsahibəsi;

“ÇAĞDAŞ İSRAİL NƏSRİ” rubrikasında – Anna Faynın “İlahi Səfed”  və “Medalyon” hekayələri;

“HEKAYƏ” rubrikasında – Oskar Yelinekin “Aktyor” hekayəsi;

“TÜRK XALQLARI ƏDƏBİYYATI” rubrikasında – Serkan Soyalanın şeirləri və Ceyhan Özyıldızın “Yük” hekayəsi;

“EPİSTOLYAR” rubrikasında – Tomas Vulfun məktubları;

“MÜDRİK KƏLAMLAR” rubrikasında – Uilyam Şekspir, Mark Tven, Anton Çexovun düşüncələri və digər əsərlərlə tanış ola biləcəklər.

 

 “Xəzər”in oxucuları jurnalı yaxın günlərdə Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:

 

Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid prospekti, 19;

Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;

Kiosk Press – “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi;

Kiosk Press – “Koroğlu” metrosu;

Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;

Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;

eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.

VƏ DİGƏR...