Meksika Birləşmiş Ştatlarının səfiri: “Mərkəzlə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”

Meksika Birləşmiş Ştatlarının səfiri: “Mərkəzlə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”

Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Viktoriya Romero aprelin 19-da Dövlət Tərcümə Mərkəzinə təşrif buyurub. Görüş zamanı Azərbaycan-Meksika ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi, bu istiqamətdə atılacaq növbəti addımlar, Azərbaycan ədəbiyyatının Meksikada, Meksika ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində yeni qarşılıqlı layihələr müzakirə edilib. Əsərləri Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş məşhur Meksika yazıçıları – dünya şöhrətli Xuan Rulfo, Oktavia Pas, Karlos Fuentesin yaradıcı irsinin Azərbaycanda maraqla qarşılanması, ümumilikdə Latın Amerikası ədəbiyyatına duyulan kütləvi maraq qeyd olunub.

Viktoriya Romero: “Səfirlik olaraq, Dövlət Tərcümə Mərkəzi ilə əlaqələrimizi bir az da genişləndirmək, qarşılıqlı əməkdaşlıq çərçivəsində yeni ədəbiyyat layihələri həyata keçirmək niyyətindəyik. Bu sıradan, xüsusilə qadın ədəbiyyatına yer ayrılmasına, tanınmış Meksika qadın yazarlarının əsərlərinin Azərbaycanda, Azərbaycanın aparıcı qadın yazıçılarının yaradıcılığının Meksikada işıqlandırılmasına önəm veririk”.

Görüşün sonunda Mərkəzin Azərbaycan dilində ərsəyə gətirdiyi Meksika ədəbiyyatı nümunələrindən dünya şöhrətli yazıçı Karlos Fuentesin “Seçilmiş əsərləri” kitabı qonağa hədiyyə edilib.

 

Qalereya

VƏ DİGƏR...

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.

  • ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı

    Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.