“Yeddi gözəl”in elektron versiyası İspaniya Milli Kitabxanasında

“Yeddi gözəl”in elektron versiyası İspaniya Milli Kitabxanasında

Dövlət Tərcümə Mərkəzinin  dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibəti ilə Madriddə nəşrini ərsəyə gətirdiyi  “Yeddi gözəl” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının saytında yaradılmış “Azərbaycan ədəbiyyatı” bölümünə yerləşdirilib.

2021-ci ildə Madridin zəngin ənənəli “Mandala Ediciones” nəşriyyatında işıq üzü görmüş kitabın ispan dilinə tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Karmen Linares, Ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.

Qeyd edək ki, “Yeddi gözəl” kitabı İspaniyanın Milli Kitabxanası ilə yanaşı 20-dən çox mərkəzi kitabxanasına yerləşdirilib.

 


Kitabxanaların siyahısı:


 

İspaniya Milli Kitabxanası;

Madrid Assambleyasının Kitabxanası;

Barselona Universitetinin Mərkəzi Kitabxanası;

Madrid Universitetinin Mərkəzi Kitabxanası (UNED);

Madrid Universitetinin Mərkəzi Kitabxanası (UAM);

Madrid Ateneo Universitetinin Kitabxanası;

Valladolid Universitetinin Kitabxanası;

Madrid Şəhər Kitabxanası;

Madrid Regional Kitabxanası;

Komillas Pontifik Universitetinin Kitabxanası;

Pablo Neruda adına Kitabxana;

Ruiz Egea adına Kitabxana;

Damaso Alonso adına Kitabxana;

Fransisko İbanez adına Kitabxana;

Pedro Salinas adına Kitabxana;

Xose Luis Sampedro adına Kitabxana;

Mursia Regional Kitabxanası;

Hortaleza Kitabxanası;

Aluçe Kitabxanası;

Persepolis Mədəniyyət Mərkəzinin Kitabxanası;

Viva de Al-Andalus Kitabxanası;

Andalusia İnstitutunun Kitabxanası;

Andalusia Kitabxanası;

Araqon Kitabxanası.

 

 

 

https://www.bne.es/es/colecciones/archivo-web-espanola/buscador?buscar=Nizami+Ganjavi&titulo=on&materia=&coleccion=&total=2706&page=1&materia-id=&coleccion-id=&orden=titulo_asc

 

 

VƏ DİGƏR...

  • Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında Yusif Səmədoğlu yaradıcılığı Almaniya ədəbiyyat portalında

    Almaniyanın populyar “Schreiber Netzwerk” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun alman dilinə tərcümə edilmiş “Soyuq daş” hekayəsinin yayınına başlayıb.

  • Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında Orxan Fikrətoğlu yaradıcılığı İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Alquibla” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsinin yayınına başlayıb.

  • “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu

    “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib: