“Türkiyə – Sultanlıqdan Cümhuriyyətə” kitabı nəşr olundu

“Türkiyə – Sultanlıqdan Cümhuriyyətə” kitabı nəşr olundu

Azərbaycan Dövlət Tərcümə Mərkəzi Türkiyə Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq nəfis tərtibatlı “Türkiyə – Sultanlıqdan Cümhuriyyətə” kitabını ərsəyə gətirib.

Kitabda qardaş ölkənin zəfər dolu şanlı tarixi “Osmanlı dövlətinin yaranması”, “Osmanlı dövlətinin ideoloji baniləri”, “Osmanlı dövlətinin sultanları”, “Türkiyə Cümhuriyyətinin yaranması”, “Türkiyə Cümhuriyyətinin Prezidentləri” adlı fəsillərlə,  Osmanlı və Cümhuriyyət dönəmlərində ölkəyə rəhbərlik etmiş tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti, eyni zamanda qədim türk sultanlarının bədii-fəlsəfi əsərlərindən nümunələr, kəlam və çıxışları ilə təqdim edilir.

Nəşrin layihə rəhbəri – Xalq yazıçısı Afaq Məsud, tərtibçilər – Sənan Nağı, Nəriman Əbdülrəhmanlı, redaktor – Bəhlul Abbasovdur.

 

VƏ DİGƏR...