Böyük alim, nəcib insan

Böyük alim, nəcib insan

28  aprel – dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 100 illiyidir.

Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş Zərifə xanımın göz xəstəliklərinin öyrənilməsi, traxoma xəstəliyinin yaranması, profilaktikası, müalicəsi sahəsində apardığı tədqiqatlar bu gün də öz elmi-praktiki əhəmiyyətini saxlayır. Onun müəlliflərindən biri olduğu "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlər, 12 monoqrafiya, dərslik və dərs vəsaitləri, 150-yə yaxın elmi işi, ixtira və səmərələşdirici təklifləri tibb elminin nailiyyətləri sayılır.

Akademik Zərifə Əliyevanın Bakıda qurub yaratdığı, rəhbərlik etdiyi görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası keçmiş SSRİ-də ilk elmi mərkəz olmuş, geniş şöhrət qazanmışdır.

Zərifə xanım yüksəkixtisaslı tibbi kadrların hazırlanmasında böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycanın Əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.

Zərifə xanım böyük alim, əsl Azərbaycan qadını, elm təşkilatçısı olmaqla yanaşı, Azərbaycan xalqının tarixinə bənzərsiz, yüksək şərəfli bir statusa malik şəxsiyyət kimi də adını əbədi yazdırmışdır. O, müstəqil Azərbaycan dövlətinin qurucu memarı, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası kimi də böyük xalq sevgisi qazanmışdır.

Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində həmişə hörmət və sevgi ilə yaşayacaqdır.

 

VƏ DİGƏR...

  • Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında

    Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.

  • Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

    İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.

  • ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı ADTM Tərcümə Agentliyinin saytı fəaliyyətə başladı

    Ölkə üzrə tərcümə işinin düzgün təşkili, tərcümə xidməti keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəzdində təsis edilmiş ADTM Tərcümə Agentliyinin adtm.az. saytı fəaliyyətə başladı.