Tobias Lorentzson: “İsveç-Azərbaycan ədəbi əlaqələrinin genişləndirilməsi zəruri və tarixi məsələdir”
İsveç Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson Dövlət Tərcümə Mərkəzinin dəvəti ilə quruma təşrif buyurub. Görüş zamanı İsveç ədəbiyyatının Azərbaycanda tanıdılması və təbliği istiqamətində Mərkəz tərəfindən həyata keçirilən tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, Mərkəzin 1990-cı illərdən başlayaraq yaradıcılıqlarını davamlı şəkildə “Xəzər” dünya ədəbiyyatı jurnalında işıqlandırdığı Avqust Strindberq, Selma Lagerlöf, Per Lagerkvist, Eyvind Yonson, Tumas Tranströmer kimi dünyaşöhrətli İsveç yazıçı və şairlərinin ədəbi irsinin Azərbaycan oxucusuna daha geniş formatlarda çatdırılmasının, eyni zamanda Azərbaycan ədəbiyyatının İsveç ədəbi zümrəsinə yaxından tanıdılmasının əhəmiyyəti vurğulanıb. Söhbət əsnasında “İsveç-Azərbaycan ədəbi əlaqələrinin genişləndirilməsi zəruri və tarixi məsələdir” fikrini xüsusi vurğulayan səfir nəhəng sənaye imperiyasının əsas kapitalını, bilavasitə Bakıda, Azərbaycan neftindən gələn vəsaitlə yaratmış məşhur Nobel qardaşlarının həyat və fəaliyyətindən bəhs edən “Nobel qardaşları” kitabını Mərkəzə hədiyyə edib. Mərkəz tərəfindən isə qonağa qurumun bu günlərdə ərsəyə gətirdiyi nəfis tərtibatlı “İsveç nəsr antologiyası” kitabı təqdim olunub.
Qalereya
VƏ DİGƏR...
-
Məktəblilərin mütaliəsi üçün “İspan xalq nağılları” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı “İspaniya xalq nağılları” kitabını nəşr edib...
-
Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar "Reimemaschine" ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" layihəsi çərçivəsində dahi...