“İspanca - Azərbaycanca danışıq kitabçası” nəşr olundu

“İspanca - Azərbaycanca danışıq kitabçası” nəşr olundu

Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “İspanca - Azərbaycanca danışıq kitabçası” nəşr edib.

Kitabçaya daxil edilən söz və ifadələr – “İlk söhbət”, “Emosiyaların ifadəsi”, “Səyahət”, “Yaşayış xidmətləri”, “İcarə”, “Avtomobil”, “Ailə”, “Diplomatik korpus”, “Biznes qurmaq istəyənlər üçün”, “Turizm xidməti”, “Şəhərdə”, “Restoran”, “Bankda”, “Alış-veriş”, “Poçt, telefon”, “Sağlamlıq”, “Müxtəlif xidmətlər”, “İdman və əyləncə”, “Polis məntəqəsində”, “Saylar”, “Tarix, saat və hava”, “Ümumi söz və ifadələr”, “Rənglər”, “Elan lövhəsi və yazılar”, “Bayram günləri”, “Anım günü”, “Matəm günü”, “Soyqırım günləri” kimi fəsillər üzrə təqdim edilib.

Lüğətin tərtibçisi – ispan dili mütəxəssisi Aysel Əliyeva, ispan dili üzrə redaktoru – Salvador dilçi-alimi, professor Sesar Edgardo Martines Flores, Azərbaycan dili üzrə redaktorları – Azərbaycan dili mütəxəssisləri Bәhlul AbbasovŞəfiqə Şəfadır.

Qeyd edək ki, nəşr İspaniya, eləcə də ispandilli ölkələrdən Azərbaycana işgüzar və turist səfərlərinə gələnlər, eləcə də, ispan dilinin şifahi ünsiyyətdə istifadəsi üçün nəzərdə tutulub.

Kitabça Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

 

Kitabçanı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:

 

“Libraff”

“Kitabevim.az”

“Akademkitab”

“Akademiya” kitab evi

“Baku Book Center”

“Çıraq” kitab evi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi

Azərbaycan Dillər Universitetinin satış köşkü.

 

 

VƏ DİGƏR...

  • Sertifikatlar sahiblərinə təqdim olundu Sertifikatlar sahiblərinə təqdim olundu

    Dövlət Tərcümə Mərkəzinin peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirdiyi növbəti Seçim Turları başa çatıb. Turlarda ictimai-siyasi, beynəlxalq münasibətlər, elmi-texniki, iqtisadiyyat, maliyyə və hüquq sahələri üzrə uğur əldə etmiş tərcümə mütəxəssisləri Mərkəzin sertifikatları ilə təltif edilib.

  • Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində Məşhur Seretelinin kitabı ilk dəfə Azərbaycan dilində

    ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

     

     

  • Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında Saday Budaqlının hekayəsi İsrailin ədəbiyyat jurnalında

    İsrailin “Artikl” ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Saday Budaqlının rus dilinə tərcümə edilmiş “Yağmursuz havalar” hekayəsi dərc olunub.