Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Dövlət Tərcümə Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının beynəlxalq fikir müstəvisində təbliği istiqamətində fransız dilində ərsəyə gətirdiyi “Les Noms divins s'ouvrent sur ton visage – Imadeddin Nassimi” (“Haqq yolu mən özüm oldum – İmadəddin Nəsimi”) kitabı Fransada nəşr olunub.
Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında çap olunmuş kitaba dahi şairin 200-dən çox qəzəli, tuyuğ və rübailəri daxil edilib. Əsərlərdə istifadə olunan bəzi mürəkkəb söz və ifadələr izah və şərhlərlə verilib.
Nəsiminin həyat və yaradıcılığını əks etdirən Ön sözün və əsərlərin fransız dilinə tərcümə müəllifi – tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyak, izah və şərhlərin müəllifi Püstə Axundovadır.
VƏ DİGƏR...
-
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir
-
“Şuşa – sənətkarlıq və ticarət mərkəzi” videoçarxı xarici KİV-də
Bir sıra aparıcı dünya xəbər portalları – Almaniyanın “nex24.news”, İrlandiyanın “medium.com”, Əlcəzairin “alharir.info”, İraqın “agnaden.net”, “ashurnews.com”, “alnoor.se”, “afkarhura.com”, “mustaqila.com”
-
Səməd Vurğunun şeirləri Almaniya ədəbiyyat portalında
Almaniyanın populyar “Spruechetante” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Səməd Vurğunun alman dilinə tərcümə edilmiş