“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olundu
Dövlət Tərcümə Mərkəzi dilçilik elminin görkəmli nümayəndəsi, tanınmış danimarkalı linqvist Lui Yelmslevin 125 illiyinə töhfə olaraq müəllifin Azərbaycan dilinə tərcümə edilmiş “Linqvistik nəzəriyyənin əsasları” kitabını nəşr edib. Linqvistikanın müxtəlif sahələri “Dilin öyrənilməsi və dil nəzəriyyəsi”, “Linqvistik nəzəriyyə və empirizm”, “Təriflər sistemi”, “Təhlilin prinsipləri”, “İşarələr və fiqurlar”, “İfadə və məzmun”, “Sinkretizm”, “Kataliz” kimi fəsillər üzrə tədqiq edilən kitab görkəmli Azərbaycan alimi, akademik Nizami Cəfərovun Lui Yelmslev elmi yaradıcılığı haqqında qələmə aldığı “Linqvistik nəzəriyyənin əsasları və ya struktur dilçiliyin qlossematik hüdudları” adlı Ön sözlə açılır.
Dilçilik elminin tədrisi və tədqiqi sahəsinin mütəxəssisləri, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulan kitabın Azərbaycan dilinə tərcümə müəllifi - akademik Nizami Cəfərov, elmi redaktoru – Mərkəzin Elmi ədəbiyyat və lüğətçilik şöbəsinin müdiri Bəhlul Abbasovdur.
Kitabı yaxın günlərdə aşağıdakı kitab evləri və mağazalarından əldə etmək olar:
“Libraff”
“Kitabevim.az”
“Akademkitab”
“Akademiya” kitab evi
“Baku Book Centre”
“Çıraq” kitab evi
Prezident Kitabxanası
Azərbaycan Dillər Universitetinin satış köşkü
VƏ DİGƏR...
-
“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olundu
ADTM Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu – akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış...
-
Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında
Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalı dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı ədəbiyyat səhifələrində Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın...
-
Rusiya Tərcümə İnstitutu Azərbaycan kitablarını təqdim etdi
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə Rusiyada nəşr olunmuş...