Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü gördü
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – məşhur ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Selanın “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb. XX əsr İspaniya ədəbiyyatının klassiki sayılan Sela, yaradıcılığı boyu bədii ədəbiyyatın müxtəlif janrlarında (şeirlər, hekayələr, romanlar) yazıb-yaratsa da, dünya ədəbiyyatı tarixinə romanlar müəllifi kimi daxil olub.
Yazıçının ilk dəfə Azərbaycan dilində işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabına dünyaca məşhur “Paskual Duartenin ailəsi”, “Arı yuvası” (1951) və “İki ölü üçün mazurka” (1983) romanları daxil edilib.
Kitabı Azərbaycan dilinə tanınmış Azərbaycan yazıçısı Saday Budaqlı çevirib.
VƏ DİGƏR...
-
Xaqani yaradıcılığı İngiltərə ədəbiyyat portalında
İngiltərənin populyar “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi...
-
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayınına başlayıb.
-
Mövlud Mövludun hekayəsi Türkiyə portallarında
Türkiyənin populyar “Detayhaberler.com”, “Dibace.net”, “Haber.232.com” portalları Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində həyatdan vaxtsız getmiş istedadlı yazıçı Mövlud Mövludun türk dilinə...