“Cahana sığmaz Nəsimi” qəzəllər toplusu işıq üzü gördü

“Cahana sığmaz Nəsimi” qəzəllər toplusu işıq üzü gördü

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş  “Cahana sığmaz Nəsimi”  kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.

Nəsimi cizgilərini və dövrünün mənzərələrini əks etdirən illüstrasiyalarla tərtib olunmuş kitaba şairin 300-dən çox qəzəli daxil edilib.

Kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru Paşa Əlioğludur.

Ön sözdən:

“Möhtəşəm ədəbi irsi, mütərəqqi, humanist ideyaları, dönməz şəxsiyyəti, amalı uğrunda fədakar mübarizəsi, dəyanəti, əqidə şəhidi olması böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adını bütün Yaxın və Orta Şərq xalqları ədəbiyyatında əbədiləşdirmiş, ona dünya şöhrəti gətirmişdir. 680-ci ildə İmam Hüseynin, 922-ci ildə Həllac Mənsurun, 1394-cü ildə Fəzlullah Nəiminin əqidə uğrunda fədakarcasına ölümündən sonra Nəsiminin 1417-ci ildə Hələbdə vəhşicəsinə qətlə yetirilməsi ideya və əqidə şəhidliyinin misilsiz nümunəsi kimi dildən-dilə keçərək əfsanələşdi. Orta əsrlərin yazılı mənbələrinin, təzkirələrin göstərdiyi kimi, Nəsimi üç dildə – türk, fars və ərəb dillərində dərin məzmunlu, yüksək bədiiliyi ilə seçilən əsərlər yazmış, bütün  Yaxın və Orta Şərqdə dahi şair kimi böyük nüfuz qazanmışdı. Lakin, əlbəttə ki, şairin ən böyük xidməti dilimizin ən müxtəlif fikirləri ifadə etmək imkanlarını genişləndirməsi və anadilli şeirimizi yüksək zirvəyə qaldırması idi...”

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.