Teatr sənətinə dair tədris vəsaitləri ünvanında təqdim olundu

Teatr sənətinə dair tədris vəsaitləri ünvanında təqdim olundu

Dövlət Tərcümə Mərkəzi mədəniyyət və incəsənət sahəsinin ali tədrisinə kömək məqsədilə ərsəyə gətirdiyi “Peşəkar aktyorluq dərsləri” (Mixail Çexov), “Teatr” (S.Moem), “Dünya dramaturgiyası antologiyası”, Artur Millerin və Bertold Brextin “Seçilmiş əsərləri” kitablarını Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə-müəllim kollektivinə təqdim edib. 

Tədbiri giriş sözü ilə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq Mədəniyyət və İncəsənət Universitetinin tədrisinə kömək məqsədilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş kitablara görə Dövlət Tərcümə Mərkəzinə minnətdarlığını bildirib, teatr, səhnə, rejissor və aktyor sənətinin incəliklərindən bəhs edən nəşrlərin təhsil ocağının tədrisində əhəmiyyətindən danışıb. Daha sonra Mərkəzin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Vilayət Hacıyev, Elm, təhsil və mədəniyyət idarəsinin rəisi, yazıçı Etimad Başkeçid, İnformasiya departamentinin rəhbəri Yaşar Əliyev, yazıçı İlqar Rəsul, Epiloq.az saytının baş redaktoru Qan Turalı, ADMİU-nun prorektoru Məryəm Əlizadə çıxış edərək görülən işi yüksək dəyərləndirib, teatr, aktyor, rejissor, səhnə mədəniyyətinin tədrisi prosesində ciddi ehtiyac duyulan bu səpkili kitabların ardıcıl şəkildə ərsəyə gətirilməsinin vacibliyini qeyd edilib. ADMİU-nun professoru, teatrşünas İsrafil İsrafilov Dövlət Tərcümə Mərkəzinin, fəaliyyət göstərdiyi 5 il ərzində ortaya qoyduğu işlərlə onu heyrətləndirdiyini bildirib. ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, professor, teatrşünas Aydın Talıbzadə Mərkəzin ərsəyə gətirdiyi nəşrlərin teatr və teatrşünaslıq üçün zəruriliyindən, tədris prosesi üçün əhəmiyyətindən danışıb. ADMİU-nun kinoşünaslıq kafedrasının dosenti, kinoşünas Ayaz Salayev çıxışında Dövlət Tərcümə Mərkəzini, fəaliyyət arealının genişliyi və əhəmiyyətinə görə eyni zamanda Təfəkkür Mərkəzi hesab etdiyini vurğulayıb.

Tədbirin sonunda nəşrlər ADMİU-nun kitabxanasına hədiyyə olunub.

Qalereya

VƏ DİGƏR...

  • Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti Türkiyədə nəşr olundu

    Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2023-cü ildə ərsəyə gətirdiyi yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Türkiyənin Mədəniyyət Nazirliyi və Hacettepe Universitetinin dəstəyi ilə Ankarada işıq üzü görüb.

     

  • Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında

    İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının... 

  • Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında Səməd Vurğun yaradıcılığı İngiltərə və Finlandiya ədəbiyyat portallarında

    İngiltərənin populyar  “My poetic Side” və Finlandiyanın “Rakkausrunot” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Səməd Vurğunun ingilis dilinə tərcümə olunmuş   “Dünya” və “Unut” şeirlərinin yayınına başlayıb.