Azərbaycan hekayəsi Gürcüstanın ədəbiyyat portalında

Gürcüstanın populyar arilimag.ge elektron ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Əlabbas Bağırovun gürcü dilinə tərcümə edilmiş “Gözəl” hekayəsinə və yazıçının yaradıcılığı haqqında məlumata səhifə ayırıb.
2008-ci ildən fəaliyyət göstərən portal mütəmadi olaraq səhifələrində Qustav Flober, Tomas Eliot, Alber Kamyu, İosif Brodski, Mario Varqas Lyosa, Silviya Plat kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Portalın baş redaktoru – tanınmış gürcü yazıçısı Malxaz Xarbedidadır.
Keçid linki: |
![]() |
VƏ DİGƏR...
-
Qismətin şeirləri Avstriya portalında
Avstriyanın populyar “Gedichtesammlung.net” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair, esseçi Qismətin alman dilinə tərcümə edilmiş “Sevginin gözləri Vanqa”, “Gecənin melanxoliyası” və “Bağışlanma” şeirlərinin yayınına başlayıb.
-
Heydər Əliyev haqqında kitab İspaniya kitabxanalarında
Dövlət Tərcümə Mərkəzinin İspaniyada ərsəyə gətirdiyi “Vida de personas notables – Heydar Aliyev” (“Görkəmli şəxsiyyətlərin həyatı – Heydər Əliyev”) kitabı Madridin aşağıdakı mərkəzi kitabxana və universitetlərinə yerləşdirilib.
-
Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında
İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şair Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərinin yayınına başlayıb.