Məşhur “Drina körpüsü” romanı ilk dəfə Azərbaycan dilində

Məşhur “Drina körpüsü” romanı ilk dəfə Azərbaycan dilində

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli serb yazıçısı İvo Andriçin (1892–1975) “Drina körpüsü” kitabı işıq üzü görüb.

Roman – Osmanlı İmperiyasının böyük vəziri, əslən bosniyalı Sokollu Mehmet paşanın orta əsrlərdə Bosniyanın ucqar vilayətlərindən birində – Vişeqradda, dağ çayı Drina üzərində saldırdığı nadir və möhtəşəm körpünün dörd əsrdən artıq zaman kəsiyində başına gələnlərdən, ətrafında baş verən hadisələrdən, həyatları birbaşa bu körpü ilə bağlı olan insanların taleyindən, o dövrlər bu mahalda yaşayan müsəlmanların, serblərin və yəhudilərin məişətindən, ağrı-acılarından bəhs edir.

Roman 1961-ci ildə yazıçıya Nobel mükafatı qazandırıb.

Kitabı serb dilindən professor Cəlil Nağıyev tərcümə edib.

 

VƏ DİGƏR...

  • Azərbaycan şairlərinin yaradıcılığı ispandilli portalda Azərbaycan şairlərinin yaradıcılığı ispandilli portalda

    Mərakeşin ispandilli populyar “Marruecos.ma” portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairləri – Adil Mirseyidin ispan dilinə tərcümə edilmiş “Əlvida”,

  • Ramiz Rövşən yaradıcılığı Rusiya və Türkiyə ədəbiyyat portallarında Ramiz Rövşən yaradıcılığı Rusiya və Türkiyə ədəbiyyat portallarında

    Rusiyanın populyar “Libstation” və “Litpriçal” ədəbiyyat portalları Azərbaycanın Xalq şairi Ramiz Rövşənin rus dilinə tərcümə edilmiş “Ümidim yox bir adama”, “Nə var Allahdan yuxarı?” şeirlərinin, Türkiyənin Erikağacioyku.com ədəbiyyat portalı şairin...

  • “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında

    Ukraynanın aparıcı kütləvi informasiya vasitələri – Ukrayna Ali Radasının rəsmi mətbuat orqanı “Qolos Ukrainu”, “Biznes revyu”, “Ukrainskiy interes”, “Den” qəzetləri, “Kyiv Diplomatik” və Ukrayna Milli Ədəbiyyat Muzeyinin