Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması yeni tərcümədə
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olunub
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz ədəbi irsinin tədqiqi və öyrənilməsi, bədii fikir və kəlamlarının alt qatında yatan məna və hikmətlərin düzgün çatdırılması, ilk növbədə, bu sirli Söz Xəzinəsinin mükəmməl tərcüməsini zəruri edən milli və dövləti məsələdir. Ötən əsrin ortalarında orijinal mətnə uyğunluqdan çox, əsasən bədiiliyə üstünlük verildiyi sərbəst yanaşmalarla tərcümə edilmiş və bu səbəbdən bir çox hallarda fikir və məna adekvatlığı itirilmiş, təhrif olunmuş bu misilsiz ədəbi irsin yenidən, orijinala uyğun şəkildə tərcümə edilməsi bu gün Azərbaycan ədəbiyyatı qarşısında duran mühüm vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin ölkədə “Nizami Gəncəvi İli” elan edilməsi bu milli-mənəvi sərvətimizin yenidən dəyərləndirilməsinə və aktuallaşdırılmasına təkan verən mühüm tarixi addım olaraq məsələnin daha fundamental və şaxəli şəkildə həllinə geniş imkanlar yaratdı. Dövlət Tərcümə Mərkəzinin beynəlxalq ədəbiyyat layihələri çərçivəsində bu il ədibin “Yeddi gözəl” və “Leyli və Məcnun” poemaları Ukrayna və Gürcüstanda işıq üzü gördü, Nizaminin dahi Azərbaycan şairi olduğunu elmi dəlillər və sənədli faktlarla sübut edən ön sözlərlə ilk dəfə Almaniya, İspaniya kimi ölkələrin nüfuzlu nəşriyyatlarında çap olundu, kitablar beynəlxalq kitab sərgilərində, forum və kofranslarda həmin ölkələrin ədəbi ictimaiyyətinə təqdim edildi, mərkəzi kitabxana və universitetlərinə yerləşdirildi.
Dahi şairin 880 illik yubileyinə daha bir töhfə – onun şah əsərlərindən olan “Xosrov və Şirin” poemasının ilk dəfə orijinalına kifayət qədər uyğun və adekvat şəkildə, yüksək peşəkar səviyyədə tərcüməsinin ərsəyə gətirilməsi oldu.
Nizami poeziyasının sirlərinə daha dərindən bələd olmaq istəyənlər “Xosrov və Şirin”in yeni, filoloji tərcüməsindən parçaları “Xəzər” jurnalının bu sayından başlayaraq izləyə bilərlər.
Əsərin fars dilindən sətri tərcümə müəllifi – Mərkəzin fars dili üzrə mütəxəssisi, tərcüməçi Əli Şükrü, filoloji tərcüməsinin müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçiddir.
“Xəzər”in oxucuları jurnalın bu sayında həmçinin:
AZƏRBAYCAN ƏDƏBİYYATI – rubrikasında Əhməd Oğuzun şeirləri;
NOBEL KÜRSÜSÜ – rubrikasında Migel Asturiasin “Senyor Prezident” romanı;
MÜASİR GÜRCÜ POEZİYASI – rubrikasında Davit Şemokmedeli və Şota İataşvilinin şeirləri;
TÜRK DÜNYASI – rubrikasında Rollan Seysenbayevin “Qaçış” uzun hekayəsi;
İLAHİ KEÇİD – rubrikasında “Tövrat”;
HEKAYƏ – rubrikasında Volfqanq Borhert və Bojena Nemtsovanın hekayələri;
MÜASİR RUS NƏSRİ – rubrikasında Tatyana Tolstayanın hekayələri;
YADDAŞ – rubrikasında Ambroco Kontarini, İosafat Barbaronun “İki venesiyalı səfirin Ağqoyunlu ölkəsinə səyahəti”;
MEMUAR – rubrikasında “Erix Maria Remarkın məktubları”;
ROMAN – rubrikasında Bohumil Hrabalın “Mən ingilis kralına qulluq etmişəm” romanı;
TEATR – rubrikasında Dario Fonun “Sərbəst cütlük” pyesi və digər əsərlər ilə tanış ola biləcəklər.
Jurnal Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
“Xəzər”in oxucuları jurnalı Bakının aşağıdakı köşklərindən əldə edə bilərlər:
Kiosk Press – “Elmlər Akademiyası” metrosu, Hüseyn Cavid Prospekti, 19;
Kiosk Press – “Nərimanov” metrosu, Ağa Nemətulla, 122;
Kiosk Press – “İçəri şəhər” metrosu, İstiqlaliyyət küçəsi;
Kiosk Press – “Koroğlu” metrosu;
Kiosk Press – “Nizami” metrosu, Əlibəy Hüseynzadə küçəsi;
Kiosk Press – “Həzi Aslanov” metrosu, Xudu Məmmədov, 41;
eləcə də digər metro stansiyalarının yaxınlığındakı qəzet köşklərindən.
VƏ DİGƏR...
-
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olundu
“Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial həyatında oynadığı həlledici rolundan, həyata keçirdiyi enerji layihələri sayəsində bölgədə siyasi və iqtisadi gerçəkliyin kökündən dəyişilməsindən danışıb. Sonra söz Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsuda verilib:
-
“Heydər Əliyev və Gürcüstan” kitabı nəşr olundu
Müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illiyinə töhfə olaraq Gürcüstan ziyalı təbəqəsi və Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə səyi ilə ərsəyə gətirilmiş “Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə nəşr olundu.
-
Rusiya ədəbiyyatının Azərbaycana yeni qayıdışı
Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə layihəsi çərçivəsində Azərbaycan dilinə tərcüməsi və nəşri ərsəyə gətirilmiş “Balaca qəhrəman” (F.Dostoyevski) və “Çevenqur” (A.Platonov) kitablarının təqdimat mərasimi keçirilib...